CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İmtahanların müddəti niyə artırıldı - "Məsələnin digər tərəfi var"

© AFP 2024 / FREDERICK FLORINİmtahan, arxiv şəkli
İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər sualda bilik əsaslı məsələ soruşulursa və sual blum taksanomiyası səviyyəsindən aşağıdırsa, belə suallara daha qısa müddət verilir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 20 fevral — Sputnik. Nazirlər Kabineti ali və orta ixtisas təhsil müəssisələrinə qəbulla bağlı qaydalara dəyişiklik edib.

Dəyişikliyə görə, bundan sonra qəbul imtahanı zamanı ayrılan 45 dəqiqə 90 dəqiqə ilə əvəz edilib.

Təhsil eksperti Qoşqar Məhərrəmov Sputnik Azərbaycan-a imtahan müddətinin artırılmasını təhlil edərkən bildirib ki, dünya təcrübəsində imtahan müddəti sualların çətinliyinə görə müəyyən edilir.

Чиновник, фото из архива - Sputnik Azərbaycan
ELM
Məktəb direktorlarının fırıldağını bu sistem üzə çıxaracaq

Belə ki, pilot tətbiqlərlə şagirdlərin imtahanı neçə dəqiqəyə verə bildikləri yoxlanılır: "Daha sonra imtahanın nəticələri də yoxlanılır. Bu müddət sualların növü, situasiya tipli olması, açıq tipli olması, test tapşırıqları formasında olması ilə müəyyən edilir. Əgər sualda bilik əsaslı məsələ soruşulursa və sual blum taksanomiyası* səviyyəsindən aşağıdırsa, belə suallara daha qısa müddət verilir. Yəni bir suala 30 saniyə vaxt ayrılır. Əgər sual təhlil, analiz, qiymətləndirmə əsaslı məlumatlarla əlaqəlidirsə və blum taksanomiyasından yuxarı səviyyədədirsə, o zaman sualın növünə görə daha uzun müddət ayrılır".

Ekspertin fikrincə, müşahidələr sübut edir ki, dünya təcrübəsində də dərslərin müddəti artırılır. Buna görə də imtahanların əksəriyyətinin bir akademik saat deyil, iki akademik saat olmağı tövsiyə edilir:

"Biz sadəcə məsələnin digər tərəfinə nəzər salmalıyıq. 2017-ci ildə Nazirlər Kabineti tərəfindən imtahan müddəti 45 dəqiqə olaraq qəbul edilmişdi. İki il sonra bu müddətin 90 dəqiqə olması sualların qəlizləşdiyini, test tapşırıqlarından açıq tipli suallara keçildiyini göstərir.

Sualların dəyişməsinin tələbi olaraq, imtahan müddəti artmış olur. Test tapşırıqlarını şagirdlər daha tez müddətdə tapa bildikləri halda açıq tipli və situasiya tipli sualları həmin müddətə cavablandıra bilmirlər. İmtahan vaxtının artırılması əslində bir ehtiyac idi".

*Blum taksanomiyası - bilik, anlama, tətbiq etmə, təhlil, sintez və qiymətləndirmə kimi dərketmə prosesinin iyerarxiyasını təsvir etmək üçün Bencamin Blum tərəfindən təklif edilən quruluşdur.

Xəbər lenti
0