BAKI, 20 fevral - Sputnik. Bakı-Qazax yolunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində qeydə alınıb.
Qəza nəticəsində 1995-ci il təvəllüdlü İbrahimov Mahir Tahir oğlu xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.