“Biz bu münaqişəni mərhələli şəkildə həll etməliyik - ərazilərin bir hissəsinin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması. Dağlıq Qarabağın statusu sonra müəyyənləşdirilə bilər. Status məsələsi Azərbaycanın ərazi bütövlüyü ilə qarışdırılmamalıdır”. Bunu Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair keçirilən panel-diskusiyada Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Münhen konfransı çərçivəsində iki ölkə rəhbərinin görüşməsi xüsusi əhəmiyyət daşıyır:
“Bu görüşün əsas məqamlarından biri Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mərhələli həll planı haqqında fikirləri oldu. Diskussiyanın davamı da göstərdi ki, bu yanaşmanın alternativi yoxdur. Çünki mərhələli həll planı belə bir mürəkkəb problemin çözülməsi üçün yeni prespektivlər yaradır. Dağlıq Qarabağ münaqişəsini birdən həll etmək mümkün deyil”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz