CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oxumayan qalmayacaq - Lazım gəlsə, küçədən tutub aparacaqlar

© Sputnik / Konstantin Chalabov / Mediabanka keçidДети у окна, фото из архива
Дети у окна, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ağazadə deyir ki, küçə həyatı yaşayan uşaqların təhsildən yayınma səbəbi açıqlanmalı, onlar arasında valideyn himayəsindən məhrum olunanlar dövlət uşaq müəssisələrinə yerləşdirildikdən sonra onlar həmin müəssisələrdə təhsilə cəlb olunmalıdır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 fevral — Sputnik. Azərbaycanda küçə həyatı yaşayan uşaqların təhsil problemi daim cəmiyyəti narahat edən məsələlərdəndir. Bu uşaqların ibtidai təhsildən belə kənar qaldıqları danılmazdır. Bu günlərdə bu problemə toxunan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev bildirib ki, birgə əməkdaşlıq çərçivəsində küçə həyatına məruz qalmış uşaqların təhsilə cəlb edilməsi və onların təhlükəsizliyinin təmin olunması məqsədilə təsirli tədbirlər görülür.

В одной из бакинских школ, фото из архива - Sputnik Azərbaycan
ELM
Bu şagirdlər məktəbi vaxtından tez bitirəcəklər

Sputnik Azərbaycan küçə həyatı yaşayan uşaqların təhsilə necə cəlb ediləcəyini araşdırıb.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a bildirib ki, küçə həyatı yaşayan uşaqların təhsilə cəlb edilməsi müsbət addımdır. Amma K. Ağazadə küçə həyatı yaşayan uşaqların təhsilə cəlb edilməsində müəyyən problemlərin olduğunu söyləyir: "Sovet dövründə xalq məktəbləri vardı. Təhsilsiz insanlar böyüklü-kiçikli belə məktəblərə cəlb edilərək təhsil verilirdi. Küçə həyatı yaşayan uşaqların təhsilə cəlb edilməsi üçün öncə həmin uşaqları küçə həyatı yaşamağa vadar edən səbəblər araşdırılmalıdır. Öyrənmək lazımdır ki, bu uşaqlar hansı səbəblərdən təhsildən kənarda qalıblar. Amma həmin uşaqların küçədən birbaşa təhsilə cəlb edilməsi də bir qədər çətindir. Çünki, bu gün küçə həyatı yaşayan uşaqların çoxunun sənədi yoxdur. Belə uşaqları isə məktəbə şagird kimi yox, ancaq dinləyici kimi götürürlər".

K. Ağazadə deyir ki, küçə həyatı yaşayan uşaqların təhsildən yayınma səbəbi açıqlanmalı, onlar arasında valideyn himayəsindən məhrum olunanlar dövlət uşaq müəssisələrinə yerləşdirildikdən sonra onlar həmin müəssisələrdə təhsilə cəlb olunmalıdır.

Vəli Vəliyev - Sputnik Azərbaycan
Bakı məktəblisindən möhtəşəm nailiyyət

Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəbli azyaşlılar və yeniyetmələrin profilaktikası istiqamətində keçirilən tədbirlər kampaniya xarakteri daşımır: "Uşaq hüquqları üzrə üzərimizə düşən vəzifələrin icrası istiqamətində daxil olan bütün müraciətlərə diqqətlə yanaşılır. Təkcə rəsmi müraciətlər yox, eyni zamanda sosial şəbəklərdə, mətbuatda uşaq hüquqların pozulması ilə bağlı yayılan məlumatlar da nəzərətə götürülür, yoxlanılır, araşdırılır, müvafiq tədbirlər həyata keçirilir. Hər bir Azərbaycan vətəndaşını təhlükəsizliyini qorumaq, hüquqlarını bərpa etmək bizim üçün müqəddəs vəzifədir. Bu məsələ, müzakirə olunmur, dərhal icra olunur. Uşaq hüquqlarının qorunmasında risk qrupuna daxil olan, yaxud münaqişəli ailələrdə olan azyaşlıların mühafizəsinə həssas yanaşırıq. Uşaq hüquqlarının pozulmasının qarşısının alınması ilə yanaşı, onların təhsilə cəlb edilməsi, ailələrlə profilaktiki söhbətlərin aparılması işi fəaliyyətimizin tərkib hissəsidir. Bakı şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsi və ərazi polis orqanları tərəfindən orta ümumtəhsil ocaqlarında və ona bərabər yerlərdə ötən il azyaşlıların profilakatikası, maarifləndirilməsinə dair 468 müxtəlif məzmunlu görüşlər keçirilib. "Küçə uşaqları ilə bağlı vəziyyət" haqqında sualınıza cavab olaraq bildirim ki, bu da diqqətimizdə olan məsələlər sırasındadır. Tərəfimizdən aşkarlandıqda dərhal araşdırma başlanılaraq, onun mənsub olduğu ailə öyrənilir, olmadıqda isə profiklatiki qeydiyyata alınaraq müvafiq sığınacaqlara yerləşdirilir. Bu məqsədlə ötən il Bakı şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsi və ərazi polis orqanları tərəfindən 573 reyd təşkil olunub. Aşkarlanan 46 uşaq sosial sığınacaqlara yerləşdirilib, eləcə də 7 atılmış körpə tərəfimizdən tapılaraq, uşaq evlərinə təhvil verilib".

Qandal, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bir məktəbliyə qarşı üç nəfər: quldur qardaşlar qandallandılar - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, ənənəvi olaraq ümumtəhsil məktəblərinə sosial baxımdan kəskin ehtiyac içərisində olan, heç bir üzrlü səbəb olmadan daima dərslərdə iştirak etməyən, habelə təhsildən yayınan yetkinlik yaşına çatmayanların aşkar edilməsi, onların tərbiyəsi və ümumi əsaslarla təhsil almaları üçün tədbirlər görülməs istiqamətində iş aparılır. Həmin şagirdlərin meyil və maraqlarının müəyyən edilməsi və buna müvafiq asudə vaxtlarının səmərəli təşkili (idman məktəblərində, yaxud yaradıcılıq mərkəzlərində uyğun dərnəklərə cəlb edilməsi), təlim nəticələri zəif olan şagirdlər üçün əlavə məşğələlərin keçirilməsi yolu ilə onların təlim nəticələrinin artırılması, sosial təhlükəli vəziyyətdə olan ailələrin aşkar edilməsi və onlara uşaqlarının təhsil və tərbiyəsində kömək edilməsi, bu tip ailələrdən olan uşaqların valideynləri ilə fərdi görüşlər keçirərək neqativ halların aradan qaldırılması istiqamətində tədbirlərin gücləndirilməsi barədə təlimatlar göndərilir. Həmçinin görülmüş tədbirlər nəticə vermədikdə zərurət olarsa, bu barədə rayon polis idarələrinin nəzdində olan Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili bölməsinə və Rayon İcra Hakimiyyətlərinin nəzdində yaradılmış Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasına məlumat verilməsi tapşırılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən daxil olan hər bir müraciətə yüksək həssaslıqla və fərdi yanaşılaraq müvafiq tədbirlər görülür, zərurət olduğu təqdirdə təxirəsalınmaz tədbirlərin görülməsi istiqamətində aidiyyəti orqanlara müraciət olunur.

День знаний в школе №145 - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Yeni vahid məktəbli forması: demokratik, rahat və praktik?

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu işdə Rayon Polis İdarələri və İcra Hakimiyyətlərinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyası ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. BŞTİ əməkdaşlığın daha da gücləndirilməsi, aidiyyəti qurumlarla mövcud vəziyyətin müzakirə olunması, qarşılıqlı əməkdaşlıq imkanlarına bir daha nəzər salınması məqsədilə 31.01.2020-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, paytaxtın Rayon İcra hakimiyyətlərinin, Bakı şəhər Baş Səhiyyə İdarəsinin, Bakı şəhər Baş Polis İdarəsinin, Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin əməkdaşları, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, KİV nümayəndələrinin iştirakı ilə "Xüsusi hallar və həssas qruplarla iş: qarşılıqlı fəaliyyətin tənzimlənməsi və səmərəli əməkdaşlıq" mövzusunda "Dəyirmi masa" təşkil edib. "Dəyirmi masa"da xüsusi hallarda daha çevik əməkdaşlıqla bağlı müvafiq təkliflər irəli sürülüb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə aydınlıq gətirilib. Onu da qeyd edək ki, Azərbaycanda uşaqların hərtərəfli və layiqli vətəndaş kimi yetişməsi, uşaq hüquqlarının etibarlı təminatı, uşaqlarla bağlı sosial problemlərin həlli baxımından dövlət səviyyəsində kompleks yanaşma çərçivəsində məqsədyönlü işlər görülür.

Xəbər lenti
0