BAKI, 12 fevral — Sputnik. Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Pərvanə İbrahimova vəzifəsindən azad edilib.
Bu barədə P.İbrahimova Sputnik Azərbaycan-a məlumat verib. Lakin o vəzifədən getmə səbəbi ilə bağlı heç bir məlumat verməyib.
P.İbrahimova Bakı Dövlət Universitetinin doktorantura pilləsini bitirib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosentdir. O, hazırda universitetdə pedaqoji fəaliyyətlə məşğuldur.
Qeyd edək ki, P.İbrahimova 2000-ci ildə Mətbuat-informasiya şöbəsinə mütəxəssis vəzifəsinə qəbul edilib.