"Müsbət dinamika" fonunda kütləvi ölüm – Virus yenə can alır

© AFP 2024 / STRСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Çinli həkimlərin sözlərinə görə, müsbət dinamika xəstəliyin yayılmasının qarşısını almaq üçün hər yerdə həyata keçirilmiş ciddi profilaktika və nəzarət tədbirlərinin effektivliyini göstərir.

BAKI, 10 fevral — Sputnik. Çinin Hubey əyalətindən başqa bütün regionlarda ardıcıl olaraq altıncı gün koronavirusa yoluxma hallarının sayı azalır, Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Çinin Səhiyyə üzrə Dövlət Komissiyası yayıb.

Səhiyyə Nazirliyi - Sputnik Azərbaycan
SƏHİYYƏ
Koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin durumu açıqlandı

Gündəlik statistika Hubey istisna olmaqla, Çinin bölgələrində müsbət dinamikanı göstərir. Belə ki, fevralın 3-nə olan məlumata görə, bütün ölkədə 3 235 yoluxma halı aşkar edilib. Onlardan 890-ı Hubey xaricində qeydə alınıb. Fevralın 4-də isə bu rəqəmlər müvafiq olaraq 3 887 və 731, fevralın 5-də 3 694 və 707, fevralın 6-da 3 143 və 696, fevralın 7-də 3 399 və 558, fevralın 8-də 2 656 və 509, fevralın 9-da 3 062 və 444 olub.

Çinli həkimlərin sözlərinə görə, müsbət dinamika xəstəliyin yayılmasının qarşısını almaq üçün hər yerdə həyata keçirilmiş ciddi profilaktika və nəzarət tədbirlərinin effektivliyini göstərir.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin "2019-nCoV" koronavirusu olduğunu müəyyən ediblər.

Hazırda Çində 908 nəfər, o cümlədən iki əcnəbi bu xəstəlikdən vəfat edib. Təsdiqlənmiş yoluxma hallarının sayı 40,1 min nəfəri keçib.

Xəbər lenti
0