İstanbul qara büründü - FOTO

© AFP 2024 / OZAN KOSEСнег в Стамбуле, фото из архива
Снег в Стамбуле, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Axşam saatlarındna başlayan qar gecə saatlarında daha şiddətli yağmağa başlayıb. Yolların bağlanmaması, avtomobillərin rahat hərəkəti üçün müəyyən tədbirlərə başlanılıb

BAKI, 8 fevral — Sputnik. Ötən gün axşam saatlarından etibarən Türkiyənin bir çox şəhərlərində, eləcə də əsas şəhərlərdən biri hesab edilən İstanbulda qar yağıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, artıq şəhər bəmbəyazdır. Axşam saatlarındna başlayan qar gecə saatlarında daha şiddətli yağmağa başlayıb. Yolların bağlanmaması, avtomobillərin rahat hərəkəti üçün müəyyən tədbirlərə başlanılıb.

​Xatırladaq ki, ötən gün Azərbaycanda da qərb küləyi Daşkəsəndə 28 m/s, Salyanda 23 m/s, Tovuzda 24 m/s, Tərtərdə 23 m/s, Naftalan, Ağstafada 20 m/s, Astarada 18 m/s, Göytəpədə 17 m/s, Şəkidə 15 m/s-dək güclənib. Göygöldə, Balakəndə, Gədəbəydə, Gəncədə, Zaqatalada, Ağstafada, Sarıbaşda, Şəmkirdə yağış yağır. Daşkəsəndə qar başlayıb. Soyuq hava kütlələrinin ölkə ərazisinə tədricən daxil olması müşahidə edilib.

 

Xəbər lenti
0