Qazaxıstanda kütləvi iğtişaşlarda 8 nəfər ölüb - VİDEO

© © Sputnik / Vladimir VoroninМассовая драка
Массовая драка - Sputnik Azərbaycan
Abunə olmaq
Kütləvi iğtişaşlarda ümumilikdə təxminən 400 nəfər iştirak edib. Asayiş keşikçiləri arasında da xəsarət alanlar var. Münaqişənin 47 iştirakçısı saxlanılıb. Xeyli maddi ziyan dəyib.

BAKI, 8 fevral — Sputnik. Bu gün gecə saatlarında Qazaxıstanın cənub-şərqində yerləşən Masançi və Sortobe kəndlərində baş vermiş kütləvi iğtişaşlarda səkkiz nəfər həlak olub, 40 nəfər xəsarət alıb. Sputnik Qazaxıstan xəbər verir ki, bunu ölkənin Daxili İşlər naziri Yerlan Turqumbayev Mərkəzi Kommunikasiyalar Xidmətində keçirilmiş brifinq zamanı deyib.

Ümumilikdə davada Masançı kəndindən 70 nəfər iştirak edib, eləcə də digər kəndlərdən 300 nəfər iğtişaşlara qoşulub.

Посмотреть эту публикацию в Instagram

Публикация от jasstar (@jas_star.kz)

Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev artıq "Twitter"də hadisə ilə bağlı açıqlama verib.

"Xuliqan motivləri ilə qrup davası baş verib. Təxribatçılar bundan yararlanmağa çalışıblar. Polis vəziyyəti normallaşdırıb və nəzarət altına alıb", – Tokayev qeyd edib.

Daxili İşlər Nazirliyinin versiyasına görə, münaqişənin xronologiyası

Fevralın 7-də yerli vaxtla saat 19:00-da Jambıl vilayətinin polis idarəsinin növbətçi hissəsinə Korday rayonunun Masançi kəndi yaxınlığında 70-ə yaxın aqressiv əhval-ruhiyyəli sakinin toplaşdığına dair məlumat daxil olub.

Hadisə yerinə Korday Rayonu Daxili İşlər İdarəsinin əməkdaşları gəliblər. Təxribatçılar və münaqişə şahidləri baş verənləri videoya çəkiblər, messencerlər və sosial şəbəkələr vasitəsilə vətəndaşları qanunazidd hərəkətlərə çağırıblar. Bu, münaqişənin kəskinləşməsinə və davanın iştirakçılarının sayının artmasına gətirib çıxarıb.

© © E. KARMANOVAAlmatı bazarının mühasirəsi
Qazaxıstanda kütləvi iğtişaşlarda 8 nəfər ölüb - VİDEO - Sputnik Azərbaycan
Almatı bazarının mühasirəsi

Nəticədə qonşu yaşayış məntəqələrindən daha 300-ə yaxın adam davaya qatılıb.

İctimai asayişi təmin etmək məqsədilə Masançi kəndinə əlavə polis qüvvələri göndərilib. Münaqişə iştirakçıları polis əməkdaşlarına fəal müqavimət göstərib və onların qanuni tələblərinə kobud şəkildə tabe olmayıblar.

Xuliqanlar metal əşyalar, daşlar və odlu silahdan istifadə ediblər. Münaqişə sonradar Auxattı və Bulan-Batır kəndlərini də əhatə edib.

Yaşayış məntəqələrinin perimetri boyu və onlara aparan avtomobil yollarında blok-postlar qurulub. Kütləvi iğtişaşlar zamanı onlarla iştirakçı bədən xəsarətləri və güllə yaraları alıb, səkkiz nəfər isə aldığı xəsarətlərdən dünyasını dəyişib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Штраф KG🇰🇬🚔 (@shtraf__kg)

İctimai asayişin qorunması və qanunsuz hərəkətlərin qarşısının alınması üzrə xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları xəsarətlər, o cümlədən güllə yaraları alıblar.

Xuliqanlıq hərəkətləri nəticəsində ilkin məlumatlara görə, 30-dan çox fərdi evə, 15 ticarət obyektinə və 23 avtomobilə ziyan dəyib.

Hazırda hadisə yerində baxış keçirilir. Hadisə ilə bağlı istintaq-əməliyyat qrupu yaradılıb, daxili işlər nazirinin müavini və baş prokurorun birinci müavini hadisə yerinə gediblər.

Məlumatlara görə, münaqişə lokallaşdırılıb, 47 nəfər saxlanılıb, onlardan iki ov tüfəngi götürülüb.

Məhkəməyədək təhqiqat Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 272-ci (kütləvi iğtişaşların təşkili və onlarda iştirak) və 99-cu (qətl) maddələri ilə aparılır.

Xəbər lenti
0