BAKI, 7 fevral — Sputnik. Bakıda qardaş bacısını qətlə yetirib.
Sputnik Azırbaycan-ın xəbərinə görə, hadisə fevralın 6-da, paytaxtın Nəsimi rayon ərazisində qeydə alınıb.
Belə ki, Zəngilan rayon sakini, 1963-cü il təvəllüdlü Sahib Cəfərov bacısı, 1967-ci il təvəllüdlü Tovus Cəfərovanı qısqanclıq zəminində boğazını ülgüclə kəsərək qətlə yetirib.
Daha sonra S.Cəfərov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə könüllü gələrək törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.