BAKI, 6 fevral — Sputnik. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumata əsasən, Kliniki Tibbi Mərkəzdə fevral ayının 6-ı üçün yoluxucu xəstəliklər şöbəsində alan xəstələrin sayı 6 olub, olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.
Birgə məlumat yayan qurumlar bir daha bəyan edir ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb. Azərbaycana tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.
Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.