BAKI, 6 fevral — Sputnik. Bakı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) üzv dövlətlərinin Xarici İşlər nazirlərinin növbədənkənar iclası keçirilir.
Sputnik Azərbaycan xəbər verir ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan xarici işlər nazirləri iştirak edəcəklər.
Qeyd edək ki, TDƏŞ müasir türk dövlətlərini birləşdirən beynəlxalq təşkilatdır. Təşkilat 2009-cu il oktyabrın 3-də yaradılıb. Hazırda şuranın üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır.