Türkiyədə fəlakət: 13 nəfər öldü, 50 nəfər kömək gözləyir - VİDEO

© pixabay / HansQar uçqunu
Qar uçqunu - Sputnik Azərbaycan
Abunə olmaq
Qar uçqunu altında daha iki nəfərin qaldığı bildirilirdi. Bu gün xilasedicilər onları çıxarmağa çalışarkən özləri qar uçqunu altında qalıblar

BAKI, 5 fevral — Sputnik. Bu gün Türkiyədə ikinci qar uçqunu olub.

Sputnik Azərbaycan Habertürk-ə istinadən bildirir ki, Van bölgəsində dünən meydana gələn qar uçqunundan sonra xilasetmə işlərini aparan komanda bu gün ikinci uçqunun altında qalıb.

RİA Novosti qar altında 50 nəfərin qaldığını yazıb.

Bildirək ki, dünən Vanın Bağçasaray rayonunda qar uçqunu bir mikroavtobus və yük maşınının üzərinə düşüb. Mikroavtobusda olan və digər 25 nəfərin həyatı xilas edilib, daha 5 nəfər isə həlak olub.

Qar uçqunu altında daha iki nəfərin qaldığı bildirilirdi. Bu gün xilasedicilər onları çıxarmağa çalışarkən özləri qar uçqunu altında qalıblar. Bağçasaray bələdiyyə sədri Meki Arvas ikinci uçqun nəticəsində 8 nəfərin öldüyünü deyib.

Xəbər lenti
0