BAKI, 5 fevral — Sputnik. Türkiyədə qar uçqununda ölənlərin sayı 31 nəfərə çatıb.
Sputnik Azərbaycan “Sözçü”yə istinadla xəbər verir ki, bu barədə Van şəhər valisi Mehmet Emin Bilmez məlumat verib.
“İkinci qar uçqunu hadisəsində 26 nəfər ölüb. Ölənlərdən 8-i jandarma, 3-ü mühafizəçi, 1-i yanğınsöndürəndir. Hazırda 9 vətəndaşımızın vəziyyəti ağırdır. Qar uçqunu altında neçə nəfərin qaldığına dair dəqiq məlumat yoxdur. Ümumilikdə qar uçqunu nəticəsində 31 nəfər həlak olub", - o qeyd edib.
Xatırladaq ki, Van bölgəsində dünən meydana gələn qar uçqunundan sonra xilasetmə işlərini aparan komanda bu gün ikinci uçqunun altında qalıb.
Dünən Vanın Bağçasaray rayonunda qar uçqunu bir mikroavtobus və yük maşınının üzərinə düşüb. Mikroavtobusda olan və digər 25 nəfərin həyatı xilas edilib, daha 5 nəfər isə həlak olub.
Qar uçqunu altında daha iki nəfərin qaldığı bildirilirdi. Bu gün xilasedicilər onları çıxarmağa çalışarkən özləri qar uçqunu altında qalıblar.