Fit və plakatlar: Müxalifət paytaxtda etirazlara başladı

© Sputnik / Stringer / Mediabanka keçidАкция протеста оппозиции в Тбилиси
Акция протеста оппозиции в Тбилиси - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin olaraq müxalifət hakim Gürcü arzusu – Demokratik Gürcüstan partiyasından olan deputatlar üçün utanc dəhlizi təşkil etməyi planlaşdırıb.

BAKI, 5 fevral — Sputnik. Gürcüstan müxalifətinin və gənclər təşkilatının nümayəndələri bu il ilk dəfə ölkə parlamentinin qarşısında etiraz aksiyası keçirirlər. Bu barədə Sputnik Gürcüstan xəbər verir.

Məlumata əsasən, aksiya iştirakçıları parlamentin qarşısına toplaşaraq üzərində gürcü və ingilis dillərində "Ayıbdır", "Siyasi məhbuslara azadlıq" yazılmış plakatlar tutublar. Onlar parlamentin həyətinə daxil olan maşınları fitlə basıblar.

"Bununla da biz bu il dinc etirazlara başlayırıq. Ötən il baş tutan etirazlar bizə ciddi nəticələr gətirib. Cəmiyyət və Qərb bizi tamamilə dəstəkləyir", - deyə "Yeni Gürcüstan" partiyasının lideri Georgi Vaşadze bildirib

İlkin olaraq müxalifət hakim Gürcü arzusu – Demokratik Gürcüstan partiyasından olan deputatlar üçün utanc dəhlizi təşkil etməyi planlaşdırıb, lakin artıq bütün deputatlar parlament içərisindədir və hazırda iclas keçirilir.

 

Xəbər lenti
0