Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Mixail Şirvindt Azərbaycan yeməklərinin sirlərini hamı ilə bölüşmək istəyir

© Sputnik / Maksim Blinov / Mediabanka keçidТелеведущий Михаил Ширвиндт, фото из архива
Телеведущий Михаил Ширвиндт, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı məşhur teleaparıcı və aktyor Mixail Şirvindt Bakıda və Azərbaycanın müxtəlif bölgələrində çəkilişlər aparmaq üçün öz çəkiliş komandası ilə birlikdə ölkəmizə gəlib

BAKI, 5 fevral — Sputnik. Məşhur rusiyalı aparıcı Mixail Şirvindt "Syedobnoye-nesyedobnoye" ("Yeyilən-yeyilməyən") layihəsinin növbətini çarxını çəkmək və Azərbaycan yeməklərini bütün dünyaya göstərmək məqsədilə yenidən Bakıya gəlib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mikhail Shirvindt (@shirvindt)

Sputnik Azərbaycan-ın məlumatına görə, aparıcı çəkilişlərdən hazırlanmış videoçarxı Instagram sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Bu dəfə çəkilişlər təkcə Bakıda deyil, həm də Azərbaycanın bir sıra regionlarında, əsasən də "Şahdağ" dağ-xizək kurortunda aparılıb. O, öz çəkiliş komandası ilə birlikdə Azərbaycanın müxtəlif yeməklərinin hazırlanması prosesini çəkib. Şirvindt Azərbaycan yeməklərinin nə qədər dadlı hazırlandığından hamının xəbər tutmasını istədiyini bildirib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mikhail Shirvindt (@shirvindt)

Qeyd edək ki, Şirvindt "Syedobnoye-nesyedobnoye" layihəsi çərçivəsində müxtəlif ölkələrə səyahət edir və tamaşaçılara onlar haqqında maraqlı faktlardan danışır.

Mixail Şirvindt məşhur aktyor və prodüserdir. Müxtəlif illərdə "Doq-şou", "Ya i moya sobaka", "Xoçu znat" verilişlərinin müəllifi olub.

Xəbər lenti
0