BAKI, 4 fevral — Sputnik. Son günlər azərbaycanlı gimnast Samirə Mustafayevanın iki il öncə evləndiyi rusiyalı idmançı və biznesmen Nikolay Kondratyukla çəkdirdiyi fotolar sosial şəbəkədə gündəmdən düşmür.
Sputnik Azərbaycan xəbər verir ki, paylaşımlarda açıq-saçıq görüntüləri yer alan gimnast bu dəfə yataqda maraqlı hərəkətlə müzakirələrə səbəb olub. Sözügedən video 250 mindən çox baxış sayı toplayıb, yüzlərlə rəy bildirilib.
Qeyd edək ki, S.Mustafayeva dəfələrlə komanda yarışlarında dünya çempionatlarının mükafatçısı olub, Sankt-Peterburqun mütləq çempionu, Rusiya idman ustasıdır. Əvvəlcə Azərbaycan yığmasının şərəfini qoruyub, sonra Rusiya yığmasının tərkibində çıxış edib. 2013-cü ildə karyerasını başa vurub və hazırda Moskvada yaşayır.