Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bakıda xəstəxanaya yerləşdirilən çinli barədə üzücü xəbər

© AFP 2024 / Karl-Josef Hildenbrand / dpaЗащитная маска на столе
Защитная маска на столе - Sputnik Azərbaycan
Abunə olmaq
"Xüsusi tibb müəssəsinə yerləşdirilənlərin də vəziyyəti yaxşıdır. Karantində qalma müddəti başa çatan kimi onlar da evlərinə buraxılacaqlar" - Səhiyyə Nazirliyi

BAKI, 3 fevral — Sputnik. Hazırda Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, onlardan biri 1996-cı il təvəllüdlü Çin vətəndaşıdır, o sonuncu dəfə 19 yanvar tarixində Çində olub. Analizlərinin cavabı neqativdir, yəni həmin şəxsdə hansısa virus aşkarlanmayıb, heç bir şikayəti yoxdur. Həmin şəxs sabah evə buraxılacaq. Xəstəxanaya yerləşdirilən digər şəxs isə 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Çində təhsil alan azərbaycanlı yanvarın 28-də Bakıya gəlib. Nazirlikdən verilən məlumatda bildirilib ki, həmin şəxsin də səhhəti ilə bağlı hansısa şikayəti yoxdur, amma buna baxmayaraq inkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq.

"Xüsusi tibb müəssəsinə yerləşdirilənlərin də vəziyyəti yaxşıdır. Karantində qalma müddəti başa çatan kimi onlar da evlərinə buraxılacaqlar", - deyə verilən məlumatda bildirilib.

Bakıda koronavirusa yoluxma şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət edən çinlinin adı məlum olub.

Trend-in məlumatına görə, bu - Zhenghai Liu Youshadır.

Zhenghai Liu Yousha Bakı Dövlət Universitetinin Tarix fakultəsində amerikasünaslıq ixtisası üzrə 3-cü kurs tələbəsidir.

Zhenghai Liu Yousha yanvarın 27-də xəstəxanaya qəbul edilib və hazırda karantində saxlanılır. Zhenghai Liu Youshanın atası Çində həmin virusdan dünyasını dəyişdiyi üçün o, karantində saxlanılır.

Xəbər lenti
0