BAKI, 2 fevral — Sputnik. Şengen vizalarının verilməsində yenilənmiş qaydalar fevralın 2-də qüvvəyə minib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Dəyişikliklər Avropa İttifaqının Şengen zonasına daxil 22, eləcə də İttifaqla assosiasiyada olan dörd - Lixtenşteyn, İslandiya, Norveç və İsveçrə - ölkəyə qısamüddətli viza alınmasına aid edilir.
"Bu ölkələrdən birinin verdiyi bir qısamüddətli viza Şengen razılaşmasının 26 ölkəsinə səfər etməyə icazə verir, müddəti isə istənilən 180 günlük dövr ərzində 90 gündür", - AK-dan bildirilib.
Viza üçün ərizəni nəzərdə tutulan səfərdən 6 ay əvvəl vermək lazımdır. Özü də yeni qayda ilə ərizələrin sayı üçdən birə endirilib və artıq onu elektron qaydada doldurmaq da olur.
Viza üçün rüsumun qiyməti 60 avrodan 80 avroya qalxıb. Birlik hökuməti bu qərarın inflyasiyanın ümumi səviyyəsi ilə rüsumun tarazlaşdırılması zərurətindən irəli gəldiyini bildirib.