BAKI, 1 fevral — Sputnik. Göygöldə baş vermiş avtoqəza zamanı ölən şəxsin və xəsarət alanların kimliyi müəyyən edilib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Qəza zamanı "Ford" markalı kiçiktutumlu yük maşını "ZİL" markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Orucova Aidə Telman qızı dünyasını dəyişib.
1986-cı il təvəllüdlü Həsənova Südabə Lətif qızı və 2013-cü il təvəllüdlü Orucova Fatimə Natıq qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.