BAKI, 31 yanvar — Sputnik. Moskva-Belqorod qatarı güclü çovğun səbəbi ilə Belqorod vilayətinin Proxorovka bölgəsində təcili şəkildə dayanmalı olub.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, çovğun səbəbindən qatarın dartma avadanlığında nasazlığın baş verdiyi ehtimal edilir.
Regionun fövqəladə hallar xidmətinin nümayəndəsi RİA Novosti-yə deyib ki, qatar artıq Belenixino stansiyasındadır.
"Güclü çovğun səbəbindən dartma avadanlığında nasazlıq baş verib. Pantoqrafları qaldırmaq mümkün deyil", – mənbə deyib.
O, qatarda təxminən 150 sərnişinin olduğunu bildirib. Hadisə yerinə göndərilmiş lokomotiv yaxın vaxtlarda qatarı yenidən öz yolu ilə aparacaq.