BAKI, 31 yanvar — Sputnik. "Yanvar ayında ölkənin strateji valyuta ehtiyatları 2 faiz artaraq 52 milyard dollara çatıb. Ay ərzində valyuta ehtiyatları 1 milyard dollardan çox artıb".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 31-də keçirdiyi mətbuat konfransında deyib.
Sədr onu da bildirib ki, İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini kommersiyalaşdırmaq lazımdır: "Bankların uzunmüddətli resursları yoxdur. Onların ipoteka vermək imkanı artırılmalıdır. İpoteka və Kredit Zəmanət Fondunun daxili bazardan vəsait cəlb etməsi istiqamətində işləmək olar".
Mərkəzi Bankın sədri ipoteka kreditlərinin həcminin artırılması üçün layihənin hazırlana biləcəyini də deyib.