Amerika Süleymaninin xələfini təhdid etdi – Səni də eyni tale gözləyəcək

© AP Photo / Tasnim News Agency / Mohammad Ali MarizadРуководитель «Аль-Кудс» Эсмаил Каани
Руководитель «Аль-Кудс» Эсмаил Каани - Sputnik Azərbaycan
Abunə olmaq
Xüsusi nümayəndə: “Prezident Tramp bir neçə il əvvəl izah edib ki, amerikalılara və ya ABŞ-ın maraqlarına istənilən hücuma qətiyyətlə cavab veriləcək”

BAKI, 23 yanvar — Sputnik. Amerikalıları öldürəcəyi təqdirdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin yeni komandanı İsmayıl Kaanini də sələfi general Qasım Süleymaninin aqibəti gözləyəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Birləşmiş Ştatların İran üzrə xüsusi nümayəndəsi Brayan Huk "Asharq Al-Awsat" nəşrinə müsahibəsində bildirib.

Мальчик несет портрет Касема Сулеймани, убитого во время авиаудара США в Ираке - Sputnik Azərbaycan
Bölgəni qarışdıracaq iddia – Süleymani Türkiyəni vurmaq istəyib

"Əgər Kaani amerikalıları öldürməyə davam etsə, onda onu eyni tale gözləyir. Prezident Tramp bir neçə il əvvəl izah edib ki, amerikalılara və ya ABŞ-ın maraqlarına istənilən hücuma qətiyyətlə cavab veriləcək. Bunu prezident nümayiş etdirdi (Süleymaninin ölüm günü - red.), - deyə Huk vurğulayıb.

İran üzrə xüsusi nümayəndə əlavə edib ki, Birləşmiş Ştatlar İran xalqını dəstəkləyir və vurğulayıb ki, sıravi iranlılar ölkədəki rejimə görə əziyyət çəkirlər.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamenei və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

Süleymani paradoksu: ABŞ yüksək texnologiyalı rəqibə öz iradəsini diktə edə bilmir

Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.

"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını, 11 hərbçinin xəsarət aldığını bildirib.

Xəbər lenti
0