Bir öpüşlə dünyaya səs saldı

CC0 / Free Photos / KissСтрастный поцелуй
Страстный поцелуй - Sputnik Azərbaycan
Abunə olmaq
Ekvador mətbuatı sözügedən şəxsin evli olduğunu yazıb, həyat yoldaşı ilə birgə fotosunu paylaşıb. Qısa müddət ərzində "Tvitter"də paylaşılan videoya 20 milyon baxış olub.

BAKI, 22 yanvar — Sputnik. Ekvadorun "Barselona" klubunun "Delfin"lə qarşılaşması maraqlı anlarla yadda qalıb.

Sputnik Azərbaycan xəbər verir ki, qonaqların 1-0 hesablı qələbəsi ilə yekunlaşan oyuna azarkeşlərdən birinin görüntüləri damğa vurub. Yanında əyləşən qızla öpüşdükdən sonra ekranda çəkildiyini görən azarkeş özünü itirib. Ekvador mətbuatı sözügedən şəxsin evli olduğunu yazıb, həyat yoldaşı ilə birgə fotosunu paylaşıb. Qısa müddət ərzində "Twitter"də paylaşılan videoya 20 milyon baxış olub.

Qeyd edək ki, öpüş kamerası adətən oyunarası fasilədə həyata keçirilən sosial oyundur. Kamera azarkeşlər arasında iki nəfəri seçir və böyük monitorda onların görüntüsünü verir. Həmin şəxslər öpüşdüyü zaman stadionda əl çalma səsləri ucalır, imtina etdikləri zaman isə fit çalmaqla etiraz edirlər.

Xəbər lenti
0