Elnur Azadov: “İstənilən mülkiyyətin sığortalanması mütləqdir”
"Daşınmaz əmlak və digər əmlakın sığortalanması iqtisadi nöqteyi-nəzərdən yaxşı haldır. Amma onun icbari, yaxud könüllü olması - bu artıq qanunvericilikdən asılıdır". Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov Sputnik Azərbaycan-a deyir ki, dünya praktikasında istənilən mülkiyyətin sığortalanması mütləqdir: "Bizdə bu sahəni araşdıran institut olmadığına görə qanunlar əsasında işlər qurulur. Daşınmaz əmlak sığortalanması məsələsində vətəndaşlarımız üçün qaranlıq məqamlar qalıb. Düşünürəm ki, bu qanunun təkmilləşdirilməsinə ehtiyac var. Ondan sonra sığortanın bu növü vətəndaşlara icbari olaraq təqdim edilməlidir".
Ekspertin geniş şərhinə audofaylda qulaq asa bilərsiniz