Bir sutka çovğunda qalan yeniyetmə taymerin hesabına xilas oldu

© REUTERS / Bernadette BaumABŞ-da qar altında qalmış ev
ABŞ-da qar altında qalmış ev - Sputnik Azərbaycan
Abunə olmaq
Yuta ştatındakı rəfiqəsinə baş çəkən Nikolas evə vaxtında qayıtmağı planlaşdırsa da, qəfildən kanyonda hava soyuyub və qar yağmağa başlayıb

BAKI, 11 yanvar — Sputnik. ABŞ-ın Yuta ştatında bir yeniyetmə Mill-Kirk kanyonunda bir sutkadan çox qar çovğununda qalıb.

Sputnik Azərbaycan CNN-ə istinadən bildirir ki, oğlan telefonundakı taymerin hesabına sağ qala bilib.

Kaliforniyalı 17 yaşlı Nikolas Steysi Alkantara səfərə çıxıb. Yuta ştatındakı rəfiqəsinə baş çəkən Nikolas evə vaxtında qayıtmağı planlaşdırsa da, qəfildən kanyonda hava soyuyub və qar yağmağa başlayıb. Oğlan yola davam etməyərək gecəni kanyonda keçirməyi qərara alıb. 

​O, ağacın altında çuxur qazaraq içinə girib. Huşunu itirməmək və donmamaq üçün isə hər yarım saatdan bir telefonunda taymer qurarşdırıb və yumruqları ilə sinəsinə döyüb.

"Hərdən mürgüləyirdim, amma vaxtında oyanırdım", - Nikolas deyib.

Səhər açılan kimi yeniyetmə yola düəzlib. Bir müddət sonra xizəkçilərlə rastlaşıb. Onu xəstəxanaya çatdırıblar. Həkimlər ona hipotermiya və qismən donma diaqnozu qoyublar. Nikolas ümumilikdə 30 saat kanyonda qalıb.

Xəbər lenti
0