CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Badamdar yolundakı son durum açıqlandı

© REPORTОползень на Бадамдарском шоссе в Сабаильском районе Баку
Оползень на Бадамдарском шоссе в Сабаильском районе Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Burada kanalizasiya sisteminin olmaması, atmosfer çöküntülərinin artması və s. proseslər sürüşməyə təkan verir"

BAKI, 9 yanvar — Sputnik. "Baxış zamanı sürüşmə nəticəsində ərazidə 4-5 metr hündürlüyündə torpaq kütləsinin Badamdara gedən yolu tamamilə kəsməsi müşahidə olunub".

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geologiya Kəşfiyyat xidmətinin baş mühəndisi Əziz Qaralov bildirib. Onun sözlərinə görə, əraziyə baxış keçirilib.

"Burada sürüşmə ilk dəfə 2018-ci ilin oktyabrın 11-də müşahidə edilmişdi. Həmin vaxt istinad divarları sürüşmüş, sürüşmə bir neçə ay davam etmişdi. Ancaq ərazidə sürüşmə hər zaman aktiv fazada olub. Burada kanalizasiya sisteminin olmaması, atmosfer çöküntülərinin artması və s. proseslər sürüşməyə təkan verir".

Qeyd edək ki, hazırda yol bağlanıb.

Xəbər lenti
0