Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

“Güvənli liman”ın güvən doğurmayan qiyməti – Almayanda da uduzursan, alanda da

© © FRANK RUMPENHORST / DPA / AFPЗолотой слиток, фото из архива
Золотой слиток, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyada geosiyasi, hərbi gərginlik davam etdikcə, müharibə təhlükələrinin olması ehtimalı artdıqca qızıla tələbat da artacaq və qızılın qiymətinin artması ehtimalı yüksələcək"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 yanvar — Sputnik. Qlobal risklər artan zaman investorların etibar etdiyi "güvənli liman" olan qızılın qiyməti son ABŞ-İran gərginliyi səbəbindən kəskin şəkildə bahalaşıb. 

Подрыв шахты для ядерных испытаний №4 ядерного полигона Пхунгери на севере КНДР - Sputnik Azərbaycan
Qızıl mədənində torpaq sürüşməsi nəticəsində 40-a yaxın insan itkin düşüb
Dekabrın 18-də qlobal bazarda qızılın 1 unsiyasının qiyməti 1475 dollar səviyyəsində olsa da, son ABŞ-İran gərginliyi nəticəsində qızılın bir unsiyasının qiyməti 1577 dollara qalxıb. 18 gündə qlobal birjalarda qızılın unsiyasının qiyməti 100 dollardan çox artıb.

Qlobal bazarlarda qızılın unsiyasının qiymətinin bahalaşması davam edəcəkmi? Yaxın gələcəkdə qızıla yatırım sərf edəcəkmi?

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, son 100 ili götürsək qızıl təlatümlü dövrlərdə həmişə investorlar üçün "güvənli liman" rolunu oynayıb: "Geosiyasi gərginlik artdıqca, hərbi müdaxilələr ehtimalı yüksəldikcə, qızıla olan tələbat da artır, investorlar tez-tez bu alətə müraciət edirlər. Çünki qızılın dəyəri üzərindədir. Qiymətli kağızlar isə dünyada baş verən geosiyasi gərginliklərə daha həssas reaksiya göstərir. Təlatümlü dövrlərdə investorlar qiymətli kağızlardan vəsaitlərini çıxardıb qızıla yatırmağa üstünlük verirlər. Artıq 100 ildən çoxdur ki, qızıl "güvənli liman" rolunu oynamaqda davam edir".

O bildirib ki, hazırda dünyada müharibə təhlükələrinin, geosiyasi gərginliyin çox yüksək səviyyədə artdığını görürük: "Dünyada ticarət müharibələri, hibrid müharibələri də davam edir. Bütün bu siyasi, hərbi gərginliyin artması qızıla tələbatı da artırıb, yəni bu, investisiya aləti kimi düşünülür. Dünyada qızılın istehlakı artmayıb, sadəcə investorlar "güvənli liman" olduğu üçün vəsaitlərin bir hissəsini qızılda saxlamağa üstünlük verirlər. Bu da tələbatı artırır, qızılın qiymətini artırır. Dünyada geosiyasi, hərbi gərginlik davam etdikcə, müharibə təhlükələrinin olması ehtimalı artdıqca qızıla tələbat da artacaq və qızılın qiymətinin artması ehtimalı yüksələcək".

"ABŞ-İran gərginliyi qızılın qiymətinin artmasına təsir etdi, amma son 3 ili götürsək, dünyada gərginliyin artması sürətlə baş verdi və bu da qızılın qiymətinin artmasında mühüm rol oynadı. Yəni geosiyasi gərginlik artdıqca qızılın qiymətinin artması ehtimalı da yüksəkdir", – deyə o qeyd edib.

Onun sözlərinə görə, amma eyni zamanda qızıl bir az təhlükəli yatırımdır: "Qızılın qiyməti dünyadakı geosiyasi gərginliyə bağlı olaraq formalaşır. Bu gərginliyin azalması fonunda qiymətlərin də azalması baş verə bilər. Bir çox hallarda dünyada bunun şahidi olmuşuq, qızılın qiymətində dalğavari enmə və çıxmalar müşahidə etmişik. Məsələn, ABŞ-ın İraqa müdaxiləsi zamanı qızılın qiyməti kəskin artdı, amma sonra müharibə təhlükəsi azaldıqca qızılın qiymətində enmələr müşahidə olundu. İndi də belə bir dalğavari trendin yaranması ehtimalı var".

Наручники, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Qızıl zinət əşyaları gətirən adam saxlanılıb

Ekspert bildirib ki, hazırda qızılın bazar dəyəri və birja dəyəri iqtisadi faktorlarla ölçülmür və bu, geosiyasi gərginliyə bağlıdır: "Əgər bu ilin sonunda ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Tramp uduzacaqsa, demokratlar hakimiyyətə gələcəksə, dünyada geosiyasi gərginliyin azalma ehtimalı var. Gərginlik azaldıqca qızılın qiymətinin də düşməsi ehtimalı var. Yəni bu baxımdan qızıla yatırım bir az təhlükəli sayılır və dalğavarı proseslərin düzgün qiymətləndirilməsi vacibdir. Çünki son zamanlar qızılın qiymətinin artması ilə enməsi çox kəskin dalğavari prosesə dəlalət edir. Yatırım kimi qızıldan yaxın gələcəkdə istifadə etmək olar. Amma uzunmüddətli dövr üçün qızıla yatırımların təhlükəli olduğunu söyləmək lazımdır".

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2019-cu ilin yanvar-sentyabr aylarında 49,71 ton qızıl alıb. 2019-cu ilin üçüncü rübündə isə Fond tərəfindən alınan qızılın həcmi 5,19 ton olub. 2019-cu ilin 9 ayının yekunlarına dair hesabatına görə, sentyabrın 30-na Fondun investisiya portfelində qızılın ümumi həcmi 100,66 ton olub. Fondun investisiya portfelində qızıl investisiyalarının çəkisi 11,4% təşkil edib.

2018-ci ilin sonuna olan məlumata görə, ARDNF-in investisiya portfelində qızılın ümumi həcmi 50,95 ton təşkil edib.

Xəbər lenti
0