Günəşlə Yer arasında maksimum yaxınlaşma olacaq – Bu gün

© AFP 2024 / L. CALCADA / N. RISINGER / EUROPEAN SOUTHERN OBSERVATORY Günəş sistemi
Günəş sistemi - Sputnik Azərbaycan
Abunə olmaq
Planetimizin Günəş ətrafında tam dövrü 365 gün 6 saat 9 dəqiqə 10 saniyə çəkir. Yer kürəsi Günəşin ətrafında 29,765 km/san orta sürətlə ellips orbiti üzrə hərəkət edir.

BAKI, 5 yanvar – Sputnik. Bu gün Günəşlə Yer planeti arasında məsafə minimal olacaq, buna görə də teleskopda göy ulduzunun diski planetlərin bir-birindən maksimum uzaq olduğu iyulun əvvəli ilə müqayisədə 3% daha böyük görünəcək.

Работа Holding Due North фотографа Jake Mosher, вошедшая в шорт-лист конкурса Insight Investment Astronomy Photography of the Year 2018 - Sputnik Azərbaycan
FOTO
Sirli kosmos: 2018-in ən yaxşı şəkilləri

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə TASS-a astronavt, Moskva planetarisinin əməkdaşı Lyudmila Koşman bildirib.

"Bazar günü, yanvarın 5-də planetimiz öz orbitinin nöqtəsində Günəşə ən yaxın olacaq, hansını ki, o ildə bir dəfə keçir. Yer kürəsi həmin nöqtədən yanvarın əvvəlində keçir. Bu, 147 milyondan çox kilometrdən ibarətdir”, - deyə o bildirib.

L.Koşman xatırladıb ki, Yer kürəsində mövsüm dəyişikliyi onunla şərtlənir ki, planetin fırlanma oxu yer orbitinin səthində yastılığa meylə malikdir, amma bu heç də o demək deyil ki, Yerdən Günəşə qədər məsafə dəyişir.

Planetimizin Günəş ətrafında tam dövrü 365 gün 6 saat 9 dəqiqə 10 saniyə çəkir. Yer kürəsi Günəşin ətrafında 29,765 km/san orta sürətlə ellips orbiti üzrə hərəkət edir.

Xəbər lenti
0