CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni ildə qar gözləməyin...

© Sputnik / Murad OrujovBakıya sulu qar yağır
Bakıya sulu qar yağır - Sputnik Azərbaycan
Abunə olmaq
"Buzlaqlar əriməkdə davam edir, quraqlıq dövrü uzanır. Azərbaycanda da isti günlər artmaqla, şaxtalı günlərin sayı azalır, çaylarımızı qidalandıran qar örtüyü dağlarda azalır"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 30 dekabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva Yeni ildə gözlənilən hava haqqında məlumat verib.

Дождь в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sabah hava dəyişkən buludlu olacaq, bəzi ərazilərdə yağış, sulu qar yağacaq

Sputnik Azərbaycan-ın xəbərinə görə, U.Tağıyeva bildirib ki, respublikanın şərq rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacağı, dekabrın 31-də günün ikinci yarısında isə kəsiləcəyi gözlənilir: "Yeni ilin ilk günü isə ölkədə kifayət qədər yumşaq, küləksiz hava şəraiti olmaqla, temperaturun 14 dərəcəyə yaxınlaşacağı proqnozlaşdırılır. Bu da təbiətə səyahət üçün əlverişli fon və yüksək əhval – ruhiyyə yaradacaq. Azərbaycanda isə ziyarət üçün kifayət qədər gözəl məkanlar mövcuddur. Məsələn, Avropanın ən böyük ceyran populyasiyası olan Şirvan Milli Parkını göstərmək olar. Hələ qədim dövrlərdən şairlərimizin şeirlərində tərənnüm olunan, təbiətimizə gözəlliyi və zərifliyi ilə xüsusi yaraşıq verən heyvanları seyr edə bilərsiniz. Şirvan Milli Parkında havanın temperaturu 10-13 dərəcə təşkil edəcək. Qeyd etmək istərdim ki, parka nəqliyyat vasitələri ilə daxil olmaq da olar. Bildiyiniz kimi, hal-hazırda quşların miqrasiya dövrü bitib və on minlərlə, yüz minlərlə quş ölkəmizə qışlamağa gəlib. Onların qışlama ərazisi Ağgöl və Qızılağac milli parklarıdır. Flaminqoların gözəlliyi sizi heyran edəcək. Quşları seyr etmək üçün müşahidə vasitələri də var. Havanın temperaturu bu ərazidə 10-14 dərəcəyə yaxın olacaq. Göygöl, istər yay olsun, istər qış, həmişə gözəldir. Yayda yaşıl olan meşələrimiz indi sarı və qırmızı rəngə boyanıb. Səyahətçiləri Göygöl və Maralgölün gözəlliyi valeh edəcək. Havanın temperaturu burada 9-11 dərəcə isti, gecəyə doğru isə 2 dərəcə şaxta olacaq. Qar və qış istirahət növlərinin həvəskarları isə Şahdağ milli parkını ziyarət edə bilərlər. Gündüz saatlarında orada havanın temperaturunun 0-5 dərəcə isti, gecə isə 3-8 dərəcə şaxtaya yaxın olacağı gözlənilir. Şahdağ ziyarətçiləri üçün ən yaxşı sürpriz isə əraziyə gətirilən zubrlar və yeni dünyaya gəlmiş zubr balası olacaq ki, onu da Şahzubar adlandırıblar. Qeyd etmək istəyirəm ki, bayram günləri bütün milli parklara ziyarət pulsuz olacaq. Bir sözlə, sizləri evdə oturmamağa və aktiv istirahətə dəvət edirik. Xoş hava şəraiti buna imkan verəcək".

Goranboy sakininin həyətində maraqlı hadisə baş verib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Goranboyda maraqlı təbiət hadisəsi, heç kim başa düşmür - FOTO

U.Tağıyeva bildirib ki, son 20 ildə Bakı və Abşeron ərazisində Yeni il ərəfəsində - 31 dekabrda yalnız 4 dəfə 2006, 2008, 2012, 2015-ci illərdə sulu qar və qar müşahidə olunub: "Yanvarın 1-də isə 3 dəfə, yəni 2007, 2009, 2016-cı illərdə qar yağıb. 2009-cu ildə hətta hündürlüyü 14 santimetr olan qar örtüyü əmələ gəlib ki, bu da Bakı üçün nadir hadisədir. Göz önümüzdə iqlim dəyişiklikləri baş verir. ÜMT-nın məlumatına görə, qarlı günlərin sayı azalır, buzlaqlar əriməkdə davam edir, quraqlıq dövrü uzanır və s. Azərbaycanda da isti günlər artmaqla, şaxtalı günlərin sayı azalır. Çaylarımızı qidalandıran qar örtüyü dağlarda azalır. Biz çox istərdik ki, 2020-ci ildə və növbəti illərdə suya həssaslıqla yanaşaq. Çünki su təbiətin bizə bəxş etdiyi sərvətdir. Bir çox ölkələr susuzluqdan böyük əziyyət çəkir. Biz də gündəlik həyatımızda sudan səmərəli istifadə etməliyik. Hamımız dəyişən iqlim şəraitinə uyğunlaşmalıyıq".

Xəbər lenti
0