ABŞ-dan İrana gözlənilməz zərbə: Onlarla ölü və yaralı

© AFP 2024 / BORYANA KATSAROVAABŞ F-16 qırıcıları
ABŞ F-16 qırıcıları - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyatdan sonra Floridada ABŞ prezidenti Donald Tramp dövlət katibi Mayk Pompeo, Pentaqon rəhbəri Mark Esper və Baş Qərargah rəisi Mark Milleylə görüşüb.

BAKI, 30 dekabr — Sputnik. ABŞ-ın Hərbi Hava Qüvvələri İraqın Suriya ilə sərhəddəki Əl-Kaim şəhərində "Kataib Hezbullah" qruplaşmasının bazasına zərbələr endirib. Sputnik Türkiyə xəbər verir ki, zərbələr nəticəsində qruplaşmanın 25 üzvü ölüb, 51 nəfər yaralanıb.

Министр обороны США Марк Эспер - Sputnik Azərbaycan
"Qoşunlarımız tələyə düşüb" - Pentaqon rəhbərindən etiraf

Əməliyyatdan sonra ABŞ prezidenti Donald Tramp Floridada dövlət katibi Mayk Pompeo, Pentaqon rəhbəri Mark Esper və Baş Qərargah rəisi Mark Milleylə görüşüb.

Görüşdən sonra Pompeo vurğulayıb ki, "Kataib Hezbullah" qruplaşması İraqın Kərkük bölgəsində koalisiya qüvvələrinə aid bir bazaya hücum edib və daha sonra ABŞ qüvvələrinə qarşı hava hücumu təşkil edib.

"Bu gün İraqda atdığımız addım, Prezident Trampın aylardır dediyi kimi, İranın Amerika əsgərinin həyatını təhlükəyə atması durumunda onlara dəqiq cavab verəcəyimizə dair qərarlığımızın göstəricisidir", - deyə Pompeo vurğulayıb.

O, eyni zamanda bənzər bir hadisənin təkrarlanacağı təqdirdə hərbi cavab verəcəklərini xatırladıb.

Qeyd edək ki, "Kataib Hezbullah" İrana yaxınlığı ilə seçilən qruplaşmadır. ABŞ bu qruplaşmanın Tehranın maliyyə dəstəyi ilə yaradıldığını və İrandan birbaşa idarə olunduğunu bildirir.

Xəbər lenti
0