CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu quruma yeni mətbuat katibi təyin edildi

© Photo : pixabay / Free-PhotosЧеловек, работающий с документами
Человек, работающий с документами  - Sputnik Azərbaycan
Abunə olmaq
R. Əliyeva TƏBİB-in mətbuatla əlaqələrinin qurulmasında, əməkdaşlığın təmin olunmasında maraqlı olduğunu söyləyib

BAKI, 30 dekabr — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) mətbuat katibi təyin olunub. Qurumun İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Rəvanə Əliyeva mətbuat xidmətinin rəhbəri təyin edilib.

R.Əliyeva buna qədər Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb. Daha əvvəl isə uzun müddət müxtəlif qurumlarda fəaliyyət göstərib.

R. Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında xəbəri təsdiqləyib. Bildirib ki, artıq bu gündən işinin başındadır. R. Əliyeva TƏBİB-in mətbuatla əlaqələrinin qurulmasında, əməkdaşlığın təmin olunmasında maraqlı olduğunu söyləyib.

© Sputnik / Zulfiyya GuluyevaRəvanə Əliyeva
Bu quruma yeni mətbuat katibi təyin edildi - Sputnik Azərbaycan
Rəvanə Əliyeva

Qeyd edək ki, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs (bundan sonra – TƏBİB) Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən yaradılıbdır. Fərmanın icrası məqsədilə 12 aprel tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısının təsdiq edilməsi barədə qərar qəbul edib. Qərar 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək. TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir. TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradacaq, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdıracaq. Tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edəcək. TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçiriləcək.

Xəbər lenti
0