CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çökmüş Bibiheybət yolu yenidən açılır

© Azerbaijan Highway State AgencyBibiheybət yolu
Bibiheybət yolu - Sputnik Azərbaycan
Abunə olmaq
31-i səhər saatlarında yolda xətlənmə işlərinin aparılması və yol kənarına dəmir-beton təhlükəsizlik sədlərinin quraşdırılması, günün ikinci yarısından isə yolda hərəkətin bərpası planlaşdırılır.

BAKI, 30 dekabr — Sputnik. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı öncəsi Bibiheybət yolunda hərəkətin bərpası nəzərdə tutulub. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O qeyd edib ki, ən azı 2 hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün hazırda ərazidə işlər aparılır, yol asfaltlanır.

© Azerbaijan Highway State AgencyBibiheybət yolu
Çökmüş Bibiheybət yolu yenidən açılır - Sputnik Azərbaycan
Bibiheybət yolu

Asfalt-beton örtüyünün döşənməsinin bu gecə yekunlaşdırılması, 31-i səhər saatlarında yolda xətlənmə işlərinin aparılması və yol kənarına dəmir-beton təhlükəsizlik sədlərinin quraşdırılması nəzərdə tutulur.

31 dekabrda günün ikinci yarısından isə yolda hərəkətin bərpası planlaşdırılır.

Qeyd edim ki, ərazidə gələcəkdə bu kimi hadisələrin baş verməməsi üçün tikinti-bərpa işləri davam etdirilir, svay əsaslı istinad divarları inşa edilir, yeni drenaj və yağış-kanalizasiya sistemi qurulur. İşlərin tam olaraq 2020-ci ilin I rübündə yekunlaşdırılması nəzərdə tutulub.

Xəbər lenti
0