CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda 12 metrlik avtobuslar xəttə buraxıldı

© Baku Transport Agency 12 metrlik BMC Procity markalı avtobus
 12 metrlik BMC Procity markalı avtobus - Sputnik Azərbaycan
Abunə olmaq
Binə qəsəbəsi sakinlərinə 160 nömrəli müntəzəm marşrut xətti üzrə "Çinar-Trans" MMC-nin gətirdiyi 12 metrlik “BMC Procity” avtobuslarla xidmət göstərilir

BAKI, 30 dekabr — Sputnik. Bu gün səhərdən Binə qəsəbəsi sakinlərinə 160 nömrəli müntəzəm marşrut xətti üzrə "Çinar-Trans" MMC-nin gətirdiyi 12 metrlik “BMC Procity” avtobuslarla xidmət göstərilir.

© Baku Transport Agency
 12 metrlik BMC Procity markalı avtobus - Sputnik Azərbaycan
1/3
© Baku Transport Agency
 12 metrlik BMC Procity markalı avtobus - Sputnik Azərbaycan
2/3
© Baku Transport Agency
 12 metrlik BMC Procity markalı avtobus - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Agentliyinin tələbinə əsasən marşrut xətti üzrə daşıyıcı "Çinar Trans" MMC tərəfindən 20 ədəd yeni avtobus alınıb: "Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik “BMC Procity” markalı avtobusların istismara verilməsi 57.000 nəfərə yaxın əhalisi olan Binə qəsəbəsində sərnişindaşımanın vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. 160 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan avtobuslar sərnişin axınına adekvat olmadığından sakinlər üçün narahatlıq yaradırdı. Bununla bağlı, ötən dövrdə Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətlər daxil olurdu. Avtobus parkının yenilənməsi ilə yanaşı "Çinar Trans" MMC tərəfindən mövcud istehsalat bazasının ərazisi də, genişləndirilib və yeni təmir sexləri yaradılıb.

Xəbər lenti
0