BAKI, 29 dekabr — Sputnik. Prezident İlham Əliyev Tofiq Rəfiyevlə bağlı Sərəncam imzalayıb.
Sputnik Azərbaycan bildirir ki, sənəddə deyilir: "Azərbaycan müdafiə sənayesinin inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Yusuf oğlu Rəfiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin".
Sərəncamdan irəli gələn məsələləri həll etmək Nazirlər Kabinetinə həvalə olunub.
Xatırladaq ki, 1965-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmiş T.Rəfiyev Prezident İlham Əliyevin 15 dekabr 2006-cı il tarixli Sərəncamı ilə Müdafiə Sənayesi nazirinin müavini təyin edilib.