İsrail Baş Qərargah rəisi İranla müharibədən danışdı

© AFP 2024 / THOMAS COEXТанки израильской армии
Танки израильской армии - Sputnik Azərbaycan
Abunə olmaq
İran İslam İnqilabı Keşikçilər Korpusunun Qüds qüvvələri hər gün təkmilləşdirilmiş silahları İraqa gətirir. Buna izin verə bilmərik.

BAKI, 26 dekabr — Sputnik. İranın İraq və Suriyada yerləşməsinə izin verməyəcəyik. Sputnik Türkiyə xəbər verir ki, bunu İsrailin Baş Qərargah rəisi Aviv Kohavi bildirib.

"İran İslam İnqilabı Keşikçilər Korpusunun Qüds qüvvələri hər gün təkmilləşdirilmiş silahları İraqa gətirir. Buna izin verə bilmərik. İranın İraq və Suriyaya yerləşməsinə izin verməyəcəyik", - deyə Kohavi vurğulayıb.

O, eyni zamanda İsraillə İran arasında müharibə ehtimalını dəyərləndirib: "İranla qısamüddətli qarşıdurma ehtimalı mövcuddur və buna hazırlaşırıq".

Xəbər lenti
0