Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Novak: "Şimal axını-2" sanksiyalardan asılı olmayaraq tikiləcək

© AFP 2024 / TOBIAS SCHWARZСтроительство газопровода "Северный поток-2"
Строительство газопровода Северный поток-2  - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir bildirib ki, İsveçrənin "Allseas" şirkətinin öz üzərinə düşən işi tamamlaya bilməyəcəyini demək hələ tezdir

BAKI, 26 dekabr — Sputnik. "Şimal axını-2" qaz kəməri sanksiyalardan asılı olmayaraq tikiləcək. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

"Borunun 160 kilometrdən az bir hissəsinin tikintisi qalır", - Novak əlavə edib.

Bununla yanaşı, nazir bildirib ki, İsveçrənin "Allseas" şirkətinin öz üzərinə düşən işi tamamlaya bilməyəcəyini demək hələ tezdir – şirkət ABŞ maliyyə nazirliyindən sanksiyalarla bağlı aydınlaşdırma gözləyir.

ABŞ Prezidenti Donald Tramp dekabrın 20-də "Şimal axını-2" və "Türk axını" qaz boru kəmərlərinə qarşı sanksiyaları nəzərdə tutan müdafiə büdcəsini imzalayıb.

ABŞ podratçı şirkətlərdən tikintini dərhal dayandırmağı tələb edib. "Şimal axını-2" boru xəttini çəkən "Allseas" işlərini dayandırıb.

Xəbər lenti
0