BAKI, 25 dekabr - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan bir qrup şəxsə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.
Sputnik Azərbaycan bildirir ki, sənədə görə, Ağayev Böyükağa Məmməd oğlu, Ələkbərov İqdam Əli oğlu, Əliyev Paşa İbrahim oğlu, Heydərov Tofiq Mirhəsən oğlu, Həsənov Azər Camal oğlu, Həsənov Tərlan Əliheydər oğlu, Mustafayev Şahlar Gülməhəmməd oğlu
və Sultanova Sara Oqtay qızı “Əməkdar bədən tərbiyəsi və idman xadimi” adına layiq görülüblər.
Əliyev Natiq Avil oğlu və Hüseynova Emiliya Əşrəf qızı “Əməkdar həkim”, Cavadov Rəşad Qəmərşah oğlu isə “Əməkdar jurnalist” adı alıblar.
Dövlət başçısının digər Sərəncamı ilə Culfayev Alavərdi Abasoviç, Eminbəyli Yavuz İbrahimoviç və Hacıyev Ramiz Məmməd Kərim oğlu ölkədə idmanın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alacaqlar.
Sərəncamdan irəli gələn məsələləri həll etmək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunub.