Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ortada 5 milyardlıq fərq var – Asılılıqdan qurtara bilərik, amma hər yerdə deyil

© REUTERS / Kim Hong-JiГрузовик проезжает между контейнерами в порту Инчхон в Южной Корее, фото из архива
Грузовик проезжает между контейнерами в порту Инчхон в Южной Корее, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert bildirir ki, bəzi sahələrdə qısa zamanda asılılıqdan qurtulmaq və istehsalı ölkəmizdə təşkil etmək mümkün deyil

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 dekabr — Sputnik. Dövlət Gömrük Komitəsi 2019-cu ilin 11 ayı ərzində Azərbaycanın ən çox ixrac və idxal etdiyi malların siyahısını açıqlayıb.

İnfoqrafika: 2019-cu ildə idxal və ixrac - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Azərbaycanda idxal və ixracla bağlı hər şey

Hesabata görə, 11 ayda idxalın dəyəri 12 milyard 384 milyon 740 min 210 dollar olub. Yeyinti məhsulları üzrə 46 min 298.52 ton ət idxal olunub ki, bunun da statistik dəyəri 71 milyon 662 min 630 dollar olub. İdxalda ikinci yerdə süd məhsulları dayanıb ki, bu da 8 031 ton olub. Süd məhsullarının statistik dəyəri isə 13 milyon 28 min 100 dollar olub. Kərə yağı və süddən hazırlanmış digər yağlar isə 12 min 462.69 ton, statistik dəyəri 63 milyon 601 min 210 dollar olub.

İdxalda ümumi dəyəri 171 milyon 443 min 530 dollar olan meyvə-tərəvəz isə 308 min 411.43 ton təşkil edib. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 11 ayda ixracın ümumi dəyəri 18 milyard 303 milyon 415 min 20 dollar olub. Beləliklə, bu ilin 11 ayında ixrac idxalı 5 milyard dollar üstələyib.

Bəs, idxalın istehsala çevrilməsi üçün nə edilməlidir? Maraqlıdır, kənd təsərrüfatında idxalı istehsala çevirmək necə, mümkündürmü?

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kənd təsərrüfatında idxalın üstünlük təşkil etdiyi məhsullar sırasında buğda, şəkər çuğundurunun adı var. Son olaraq isə bu siyahıya quş əti də daxil olub: "Son illərdə quş əti idxalında artım qeydə alınıb. Orta hesabla hər il 1.03 milyon ton buğda idxal olunur. Biz məhsuldarlığı indiki səviyyədən müəyyən həddə çatdırmaqla orta istehsalın həddini 700 min tonadək azalda bilərik".

Ekspert bildirir ki, şəkər çuğunduru ilə bağlı emal şirkətlərinin strategiyaları formalaşdırılıb: "25 min, yaxud da 30 min hektar sahədə yüksək məhsuldarlıq texnologiyaları ilə məhsul istehsalını həyata keçirtməklə orta müddətli dövrdə idxalımızda əsas yer tutan şəkər xammalı məhsulunun idxal əvəzedilməsi həyata keçiriləcək".

"Son dövrdə quşçuluq məhsullarının idxalı ümumi ət idxalının artımı kimi təqdim olunur, lakin bu yanlışdır. Biz yalnız quş əti idxalının artımını müşahidə edirik. Bu isə quş əti idxalının 34 min tonadək yüksəldilməsi deməkdir. Quş əti idxalının artmasının səbəbi isə odur ki, bu məhsullar üzrə istehsal dünya bazarından çox ciddi şəkildə asılıdır. Devalvasiyadan sonra istehsal olunan xammal komponentləri, yem komponentlərinin qiyməti dəyişsə də, istehlak bazarında hazır məhsulların qiymətinin çox ciddi şəkildə dəyişmədiyi müşahidə olundu. Ümumiyyətlə, müvafiq idarəetmədə, marketinqdə problemlərin olmasının da quş əti idxalında artıma səbəb olduğunu deyə bilərik. Hazırda hökumətin aidiyyəti qurumları tərəfindən bu istiqamətdə ciddi müzakirələr aparılır", - deyə o əlavə edib.

Ekspert quş əti idxalının yerli istehsalla əvəzlənəcəyinə ümidli olduğunu bildirib: "Gözləyirik ki, tezliklə quş əti idxalı yerli istehsal hesabına ödəniləcək. Ümid edirik ki, bu sahədə olan potensialımız ixraca da imkan verəcək. Bilirsiniz ki, öncələr ərzaq yumurtasını da idxal edirdik. Artıq özümüzü ərzaq yumurtası ilə təmin edir, ixracını da həyata keçiririk. Damazlıq yumurtanın isə 35-40 faizi idxal olunur. Çeşidlərin müxtəlifliyinə görə damazlıq yumurtada idxaldan asılılıq var".

Бизнесмен - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bank problemi bitmək bilmir: Bölgələr ac saxlanılır, idxal stimullaşdırılır

Sputnik Azərbaycan-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli idxal olunan bəzi məhsulları idxala çevirməyin mümkünlüyündən danışıb: "Neft sektoru bu il iqtisadiyyatımızda müsbət saldonun yaranmasında əsas səbəblərdən biri oldu. Neftin qiyməti büdcədə nəzərdə tutulduğundan daha yüksək oldu. Belə ki, bu ilin dövlət büdcəsində neftin qiyməti 60 dollar hesablansa da, artıq ilin sonunda bu rəqəm 68-69 dollar civarında olacaq. İdxal olunan məhsulların siyahısına baxdıqda isə bunların bir çoxunun ölkədə istehsal edilməsi və bu istehsalın artırılması üçün imkanların olduğunu görə bilirik. Lakin elə məhsullar var ki, qısa zamanda onların ölkəmizdə istehsalını təşkil etmək mümkün deyil. Bu isə bizim bəzi sahələrdə uzun müddət idxaldan asılı vəziyyətdə qalacağımızı proqnozlaşdırır. Belə məhsullar sırasında elektrotexnika, avtomobillər, onların ehtiyat hissələri var. Dərman preparatlarını da buna misal olaraq göstərə bilərik. Lakin elə ərzaq məhsulları var ki, onu ölkəmizdə istehsal etmək mümkündür və buna görə əlavə biliklərin olmasına da gərək yoxdur. Ölkənin mövcud potensialı da yeyinti məhsullarının istehsalına imkan verir".

"Pambıq istehsalı artır. Amma təəssüflər olsun ki, yığılan pambığın böyük əksəriyyəti xammal kimi xaricə satılır. Azərbaycanda isə bunu ipliyə çevirərək parçaları toxumaqda, geyim məhsullarının hazırlanmasında da istifadə etmək olar. Bunun üçün böyük bir investisiyaya ehtiyac yoxdur. Sadəcə olaraq bununla bağlı ciddi bir proqramın qəbuluna ehtiyac var. Yəni həm dövlət, həm də biznes sahələrinin birgə fəaliyyəti ilə buna nail olmaq mümkündür. Bu isə pambığın xammal kimi satılmasından qat-qat artıq gəlir deməkdir. Hesablamalara görə, pambığın xammal kimi satılması ilə ondan məhsulun əldə edilərək satılması arasında 4 dəfəyədək fərq yaranır. Bu da əlavə olaraq yeni iş yerlərinin, qazancların yaranması deməkdir", - deyə N.Cəfərli əlavə edib.

O bildirib ki, eyni zamanda ərzaq məhsulları ilə bağlı da bənzər yanaşmanı həyata keçirtmək mümkündür: "Lakin burada əsas problem ondan ibarətdir ki, Azərbaycanda suvarma və şoran torpaqlarla bağlı ciddi problemlər var. Bu problemlər aradan qaldırılmalıdır ki, məhsuldarlıq da artsın. Bu baş verərsə, yerli istehsal hesabına ərzaq təminatı güclənər".

"Dərman istehsal edən zavodlardan biri açılıb, digərinin də açılması planlaşdırılır. Lakin nəzər salsaq, görərik ki, burada istehsal olunan dərman və molekullar ölkəmizin ehtiyacı olan tələbatın az bir hissəsini ödəmək qabiliyyətinə malikdir. Açılan zavodların dünya brendləri ilə birgə müəssisə olaraq yaradılması daha məqsədəuyğun olardı. Çünki Rusiya və İran da bu molekulları xaricdən alır. 

Фундук, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
AQTA fındıq ixrac edən sahibkarlara xəbərdarlıq edib
Bu səbəbdən düşünürəm ki, belə zavodlar həmin molekulları xaricdən alacaq və yerli istehsalın həcmi və çeşidi Azərbaycanın dərmana olan ehtiyacının 10 faizini ödəməyəcək", - deyə o əlavə edib.

Ekspert uşaq qidalarının istehsalı ilə bağlı da danışıb: "Belə istehsalı da təşkil etmək mümkündür. Sadəcə olaraq bunun üçün yeni, ekoloji cəhətdən daha təmiz texnologiyaların gətirilməsinə, istehsal zəncirinin yaradılmasına ehtiyac var. Çünki uşaq qidaları ilə bağlı məsələ çox həssasdır. Düşünürəm ki, burada da dünya brendləri ilə əməkdaşlıq etmək mühüm amildir".

Xəbər lenti
0