İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 23 dekabr — Sputnik. Bələdiyyə seçkiləri ilə əlaqədar 107 saylı Qazax seçki dairəsinin 5 saylı məntəqəsində səsvermə prosesi davam edir.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, dairə üzrə 453 nəfər namizəd mübarizəyə qoşulub. Onlardan 308 nəfəri öz təşəbbüsü ilə seçkidə iştirak edir. Digərləri isə müxtəlif partiyaları təmsil edirlər. Seçkiləri 472 nəfər müşahidəçi izləyir.
Məntəqə üzrə isə seçicilər 15 bələdiyyə, ümumilikdə 136 üzv arasında seçim etməlidirlər.
5 saylı məntəqənin isə siyahısında 1425 nəfərin adı var. Onlardan 8 nəfər ilk dəfə səsvermədə iştirak edəcək.
Seçki məntəqəsində səsvermə başlayandan seçici aktivliyi müşahidə olunur. Seçki prosesini yerli müşahidəçilər izləyirlər.
Məntəqə Qazax şəhər 1 saylı tam orta məktəbin binasında yerləşir.