Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Nazir müavini: “Qeyri-infeksion xəstəliklərin yükü artır”

© REPORTSəhiyyə nazirinin müavini Rahim Əliyev
Səhiyyə nazirinin müavini Rahim Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Səhiyyə nazirinin müavini Rahim Əliyev deyir ki, qeyri-infeksion xəstəliklərdə ölüm göstəricisi dünyada 70 yaşa qədər əhali arasında 44 faizdir
Rahim Əliyev: “Dünya üzrə əhalinin yaşlanma göstəricisi artır”

Qeyri-infeksion xəstəliklərin yükü istər xəstələnmə, istər ölüm göstəricisinə, istərsə də əlilliyə görə digər yoluxucu xəstəliklərdən yüksəkdir". Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.

O bildirib ki, dünya üzrə əhalinin yaşlanma göstəricisi artır:

“Bu, yoluxucu xəstəliklərlə mübarizənin nəticəsidir. Buna baxmayaraq, qeyri-infeksion xəstəliklərin yükü artır. Hazırda bu xəstəliklərlə mübarizə diqqət mərkəzindədir. Qeyri-infeksion xəstəliklərdə ölüm göstəricisi dünyada 70 yaşa qədər əhali arasında 44 faizdir. Azərbaycanda isə bu göstərici bir qədər artıqdır. Belə ki, ölkədə qeyri-infeksion xəstəliklərdən ölüm göstəricisi 48 faizdir. Yüksəkgəlirli, inkişaf etmiş ölkələrdə bu göstərici 30 faizə çatmır, 26 faizdir”.

Rəhim Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0