BAKI, 20 dekabr — Sputnik. Bu gün Abşeronun bir neçə ərazisində suyun verilməsində məhdudiyyət olacaq.
Bu barədə Sputnik Azərbaycan-a Azərsu ASC-dən məlumat verilib.
Bildirilib ki, magistral xətlərdə yenidənqurma işləri aparılır. Bununla əlaqədar 20 dekabr 2019-cu il tarixində gün ərzində Ceyranbatan, Masazır və Saray qəsəbələrinə, həmçinin Binəqədi qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.