CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Balakəndə güllələnən ailədən xəbər var

© AFP 2024 / JEFF PACHOUDБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Balakən rayonunun Yeni Şərif kəndində baş verən silahlı insidentlə bağlı Balakən Mərkəzi Rayon Xəstəxanasına 1-i azyaşlı olmaqla 5 nəfərin müraciəti daxil olub

BAKI, 19 dekabr — Sputnik. Xəbər verdiyimiz kimi, Balakən rayonunda güllələnmə hadisəsi baş verib. Hadisə rayonun Yeni Şərif kəndində olub. Belə ki, 1966-cı il təvəllüdlü Məhəmməd Əhmədov oğlu Bağmanov yaşadığı ünvanda ov tüfəngi ilə oğlu - 1987-ci il təvəllüdlü Əhmədov Bağmanovu evində, masa arxasında oturduğu yerdə arxadan güllələyib.

Дым из двуствольного охотничьего ружья - Sputnik Azərbaycan
HADİSƏ
Ata oğlunu süfrə başında güllələdi

Balakən rayonunun Yeni Şərif kəndində baş verən silahlı insidentlə bağlı Balakən Mərkəzi Rayon Xəstəxanasına 1-i azyaşlı olmaqla 5 nəfərin müraciəti daxil olub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, yaralılardan 34 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib, onun vəziyyəti keçirdiyi əməliyyata görə uyğun qiymətləndirilir. 39, 49 yaşlı qadınlar və 59 yaşlı kişinin müalicələri cərrahiyyə şöbəsində davam edir. Vəziyyəti orta-ağır stabil kimi qiymətləndirilir. 1 yaşlı körpə isə ilkin tibbi yardımdan sonra evə yazılaraq qohumlarına təhvil verilib.

Xəbər lenti
0