SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Aydın Mirzəzadə YAP-ın seçkilərə hazırlıqlarından danışır

Abunə olmaq
Yeni Azərbaycan Partiyası üzvü Aydın Mirzəzadə deyir ki, komissiyalarda fəaliyyət göstərən üzvlər, müşahidəçilər səlahiyyətləri və vəzifələri bərədə məlumatlandırılıblar
Aydın Mirzəzadə: “Namizədlərin siyahısı zamanı gələndə açıqlanacaq”

“Bu gün YAP daxilində bələdiyyə və parlament seçkilərinə ciddi hazırlıq gedir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Yeni Azərbaycan Partiyası üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

“Komissiyalarda fəaliyyət göstərən üzvlərimiz, müşahidəçilərimiz səlahiyyətləri və vəzifələri bərədə məlumatlandırılıblar. Onların partiyamızın ümidlərini doğruldacaqlarına inanırıq. Bütün yerli və ərazi təşkilatlarımızın fəaliyyəti partiyamızın namizədlərinin seçkilərdə qələbəsinə yönəlib. Bələdiyyə və parlament seçkilərinin üst-üstə düşməsi bizim fəaliyyətimizə mane olmur. Hazırda namizədlər siyahısı üzərində iş gedir və zamanı gələndə açıqlanacaq”.

Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 5-də "Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Aydın Mirzəzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0