Ərdoğan Davudoğlu haqqında elə sözlər dedi ki...

© Photo : Presidential Press Service, Pool via APTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin Baş naziri və Xarici İşlər naziri postunu tutmuş Əhməd Davudoğlu dekabrın 13-ü yeni partiya yaradıb.

BAKI, 18 dekabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabiq baş nazir və xarici işlər naziri Əhməd Davudoğlunun “Gələcək” adlı partiya yaratmasına münasibət bildirib. Sputnik Azərbaycan "Son Dakika"-ya istinadən xəbər verir ki, Ankarada hökumətə olan mənbə Ərdoğanın Davudoğlunun partiyasını CHP-yə (Cümhuriyyət Xalq Partiyası) bənzətdiyini bildirib.

Əhməd Davudoğlu - Türkiyənin baş naziri - Sputnik Azərbaycan
Davudoğlu "Gələcək" qurdu, Ərdoğana böyük rəqib gəldi

Jurnalist Abdulkadir Selv bildirib ki, Prezidenti Ərdoğan yaxın çevrəsi ilə söhbət zamanı sabiq "yol yoldaşlarının" müxalif dillə danışmasından şikayətlənib və buna görə üzülüb. Ərdoğan söhbət zamanı yeni partiyanın liderləri barədə "CHP ağzı ilə danışırlar" deyib.

Qeyd edək ki, Türkiyənin Baş naziri və Xarici İşlər naziri postunu tutmuş Əhməd Davudoğlu dekabrın 13-də yeni partiya yaradıb. Elə həmin gün Ankarada Gələcək Partiya adlı siyasi partiyanın toplantısı keçirilib.

Məlumatda qeyd olunur ki, partiyanı 154 nəfər təsis edib.

Gələcək Partiyanın emblemi isə yaşıl rəngdə çinar yarpağı, şüarı isə "Bizim bir gələcəyimiz var"dır.

"Dostlarımızla birgə tarixin və millətimizin önündəyik. Bütün təzyiqlərə və formalaşdırılan qorxu atmosferinə baxmayaraq, ölkəmizə rifah və varlıq içərisində bir gələcək yaratmaq üçün bir araya gəldik. Siyasətimizin təməli insan qürurunu qorumaq və yüksəltməkdir. İnsana laqeyd münasibət göstərən dövlət davamlı ola bilməz", - deyə Davudoğlu bildirib.

Xəbər lenti
0