BAKI, 18 dekabr — Sputnik. “Rusiya və Avropa İttifaqı (Aİ) Avrasiyada sülh, çiçəklənmə və təhlükəsizlik üçün ortaq məsuliyyəti müstəqil şəkildə daşımağa qadir olan əhəmiyyətli ticari-iqtisadi tərəfdaş və ən böyük qonşular olaraq qalırlar, amma Aİ bərabərhüquqlu münasibətlərə hazır deyil”.
"RİA Novosti" xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov "Rossiyskaya qazeta" nəşrində dərc edilmiş "Avropadakı qonşularımız" adlı məqaləsində deyib.
Nazirin sözlərinə görə, Brüssel "həqiqi Avropa" və "yerdə qalan ölkələr" olmaqla Avropanı süni olaraq iki yerə bölməyə çalışır.
"Brüsselin leksikonunda "Avropa" termini qəti sürətdə "Avropa İttifaqı" ilə sinonimləşib. Guya bir "həqiqi" Avropa – yəni Aİ üzvləri var, qitənin bütün digər ölkələri isə "yüksək avropalı adını" hələ qazanmalıdırlar. Bununla da onlar yenə də qitəni süni şəkildə bölməyə, həm coğrafiyanı, həm də tarixi təhrif etməyə çalışırlar", - Lavrov yazıb.
Nazir əmindir ki, bu cür yanaşma qüsurludur və Avropa inteqrasiyası layihəsinə fayda vermir. Lavrov vurğulayıb ki, Rusiya coğrafi, tarixi, iqtisadi və mədəni baxımdan Avropanın ayrılmaz bir hissəsi olub, hissəsidir və belə olaraq da qalacaq.
"Haqlı olaraq fəxr etdiyimiz bənzərsiz kimliyimizlə biz Avropa sivilizasiya məkanının bir hissəsiyik. Əsrlər boyu Rusiya onun (Avropa sivilizasiya məkanının – red.) Sakit Okeana qədər genişlənməsinə öz töhfəsini verib", - Lavrov deyib.
Onun fikrincə, Aİ-də növbəti institusional dövrün başlaması Rusiya ilə münasibətlərdə "yeni başlanğıc" üçün fürsət açır.
Lavrov Paşinyanın Azərbaycana silah satmamaq çağırışına münasibət bildirdi
"Bu ən azından bir fürsətdir ki, sürətlə dəyişən dünyada bizim bir-birimiz üçün kim olduğumuz haqqında düşünək", - Lavrov deyib.
Onun sözlərinə görə, Moskva müttəfiqlərin və Avrasiyadakı bütün digər tərəfdaşların maraqlarına uyğun olaraq Aİ ilə qarşılıqlı faydalı, ədalətli və praqmatik əməkdaşlığa açıqdır.
"Yalnız bu yolla bütün Avrasiya qitəsindəki ölkələrin və xalqların maraq və istəklərinə cavab verən həyat qabiliyyətli uzunmüddətli münasibətlər modelini qurmaq olar", - Lavrov yazıb.