CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şahdağa qatar yolu çəkiləcək

Abunə olmaq
"Bakı-Rusiya sərhədində olan yola Asiya Bankından kredit ayrılıb. Türkiyə və Qazaxıstanın şirkətləri bərabər işlər görəcək"

BAKI, 17 dekabr — Sputnik. Şahdağa gedəcək yeni qatar yolunun layihələndirilməsinə başlanılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərərgahında keçirilən mətbuat konfransında deyib.

C.Qurbanov bildirib ki, Bakı-Rusiya sərhədində olan yola Asiya Bankından kredit ayrılıb. Türkiyə və Qazaxıstanın şirkətləri bərabər işlər görəcək. C.Qurbanov bildirib ki, Bakıdan Lənkərana gedəcək dəmir yolunun salınması üçün torpaq alınması prosesləri də başa çatdırılıb.

Onun sözlərinə görə, Lənkəranda dəmir yolu dəniz kənarından çıxarılaraq yeni sahədən keçəcək: "Lənkərana olan yolun iki xəttə keçirilməsi üçün layihələndirmə işləri aparılıb. Maliyyə işi həll olunandan sonra, 2021-ci ildən sonra işlərin başlanması planlaşdırılır. Latviya şirkəti ilə dizel lokomitvlərin təmiri üçün müqavilə bağlanılıb".

Xəbər lenti
0