CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qışda qar görmək istəyənlər – Şahdağa üz tutanları yeni xidmətlər və qiymətlər gözləyir

© Sputnik / Leyla AbdullayevaŞahdağda mövsüm açılışı
Şahdağda mövsüm açılışı  - Sputnik Azərbaycan
Abunə olmaq
"Şahdağ" Turizm Mərkəzində qiymətlər əlçatan olacaq. Ötən illə müqayisədə bu il əyləncə xidmətlərində və restoranlarda qiymətlər 15 faiz endirilib

Zülfiyyə Quluyeva, Leyla Abdullayeva,Sputnik Azərbaycan

BAKI, 17 dekabr — Sputnik. Azərbaycanda fəaliyyət göstərən ilk qış turizm kompleksi olan "Şahdağ" Turizm Mərkəzi qış mövsümünü açıq elan edib. Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə "Şahdağ" Turizm Mərkəzində xizək mövsümünə start verilib. Sputnik Azərbaycan ölkəmizdəki ən böyük qış turizm mərkəzində turistləri bu mövsüm gözləyəcək yeniliklər, istirahət imkanları ilə yerində tanış olub.

Öncə qeyd edək ki, Azərbaycanın şimal bölgəsində, Qusar rayonu ərazisində yerləşən bu turizm mərkəzinə gedən yol dağların arasında keçsə də, qışda turistlərin gəlib-getməsi üçün əlverişlidir. Günəşli bir gündə gedəcəyimiz ünvanda qar görmək bir qədər inandırıcı gəlməsə də, "Şahdağ" Turizm Mərkəzində bəyaz mənzərə ilə qarşılaşırıq. Mərkəzdə qış mövsümünün açılışına xeyli sayda turist də gəlmişdi. Burada bizə məlumat verildi ki, "Şahdağ" Turizm Mərkəzi öz adını Qusar şəhərinin 29 km-də yerləşən Böyük Qafqaz dağ silsiləsinin dəniz səviyyəsindən 4 243 m hündürlükdə olan Şahdağ zirvəsindən götürüb. Şahdağ milli parkının yaxınlığında salınan bu kompleksin tikintisi Azərbaycanda dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradır. Bu imkanlardan yararlanmazdan əvvəl "Şahdağ" Turizm Mərkəzinin sədri Rodderich Lefterin dilindən kompleksdə bu il turistləri gözləyən yeniliklərdən xəbərdar olmaq və oxucularımıza xəbər vermək məqsədilə konfrans zalına yollandıq.

© Sputnik / Zulfiyye GuliyevaŞahdağda mövsüm açılışı
Qışda qar görmək istəyənlər – Şahdağa üz tutanları yeni xidmətlər və qiymətlər gözləyir - Sputnik Azərbaycan
Şahdağda mövsüm açılışı

Rodderuch Reffier bildirdi ki, qış turizmi ilə bağlı bu mövsüm bir sıra yeniliklər ediləcək: "Dövlət Turizm Agentliyi yalnız Quba, Qusarda deyil, bütün ölkədə turizmin inkişafı üçün böyük işlər görür. Çox sevinirik ki, qış mövsümü üçün xidmətlərin sırasına bir sıra əlavələr etmişik. Məsələn, biz turistlər üçün "avtoxizək" xidməti istifadəyə vermişik. Bu gün son 6 ildə ilk dəfə olaraq sürüşmə zolaqlarının hamısını aktiv etmişik. Bu, əvvəlki illərdə havanın temperaturuna görə mümkün olmamışdı".

"Şahdağ" Turizm Mərkəzinin sədri bu il bu kompleksdə qiymətlərin də əlçatan olacağını söylədi: "Qış turizminə marağı nəzərə alaraq qiymət strategiyasında optimallaşma həyata keçirmişik. Ötən illə müqayisədə bu il əyləncə xidmətlərində və restoranlarda qiymətlər 15 faiz endirilib".

© Sputnik / Leyla Abdullayeva"Şahdağ" Turizm Mərkəzində əyləncə xidmətlərində və restoranlarda qiymətlər 15 faiz endirilib
Qışda qar görmək istəyənlər – Şahdağa üz tutanları yeni xidmətlər və qiymətlər gözləyir - Sputnik Azərbaycan
"Şahdağ" Turizm Mərkəzində əyləncə xidmətlərində və restoranlarda qiymətlər 15 faiz endirilib

R. Leffler deyir ki, həm yerli, həmçinin də xarici turistlərin qış turizminə marağı artıb. Onun proqnozlarına görə, yeni əyləncələr və qiymətlərin aşağı salınması hesabına ötən illərlə müqayisədə yaxın həftələrdə "Şahdağ"a gələn turistlərin sayında 5 faizə yaxın artım olacağı gözlənilir.

R.Leffler Azərbaycanda qış idman növlərinin populyarlaşdığını da bildirdi. Onun sözlərinə görə, "Şahdağ"a yerli turistlər daha çox gəlir: "Amma qonşu ölkələrdən də turistlər çoxdur. Rusiya, Qazaxıstan və digər yaxın ölkələrdən buraya turistlər gəlirlər. Daha sonrakı yerləri isə Avropa ölkələri tutur".

R.Lefflerin sözlərinə görə, qar yağmasa belə, qış aylarında kompleksə üz tutan turistləri "Şahdağ"da ağ örtüklü mənzərə qarşılayacaq. Çünki hazırda mərkəzin 300-dən artıq qarlandırma avadanlıqları var. Bütün xizək zolaqları bu avadanlıqlarla əhatə olunub. Leffler gələn turistlərin rahatlığının təmini üçün "Şahdağ" yaxınlığında SOCAR yanacaqdoldurma məntəqəsinin tikildiyini də söylədi. R.Lefflerin sözlərinə görə, hazırda yanacaqdoldurma məntəqəsinin tikintisi ilə bağlı son tamamlanma işləri gedir: "Bu isə mərkəzimizə gələn sürücülərimizə yanacaqla bağlı problem olmadan rahat istirahət etməyinə şərait yaradacaq".

© © Sputnik / Zulfiyye Guliyeva"Şahdağ" Turizm Mərkəzində 300-dən artıq qarlandırma avadanlıqları var
Qışda qar görmək istəyənlər – Şahdağa üz tutanları yeni xidmətlər və qiymətlər gözləyir - Sputnik Azərbaycan
"Şahdağ" Turizm Mərkəzində 300-dən artıq qarlandırma avadanlıqları var

R. Leffer turistlərin təhlükəsizliyi məsələsinə də toxundu. O, bildirdi ki, kompleksdə müxtəlif fövqəladə hallar üzrə proqrama uyğun, treninqlərdən keçmiş peşəkar işçilər çalışır: "Burada 7 gün, 24 saat çalışan klinikamız var. Bu klinikada yalnız təməl ehtiyaclar ödənilmir, hətta cərrahiyyə əməliyyatı aparmaq mümkündür. Xizək sürmək üçün keçid kartlar alınan zaman artıq turistlər sığortalanır".

"Yüz eşitməkdənsə bir dəfə görmək yaxşıdır" prinsipi ilə kompleksdə xidmətlərin keyfiyyəti və qiyməti ilə əyani tanış olduq. Turizm mərkəzində əsas maraq xizək marşrutlarına olduğundan, elə öncə xizək sürməyin neçəyə başa gəldiyini öyrəndik. Məlumat verildi ki, xizək sürmək üçün öncə lazımi avadanlıqları kirayə götürmək lazımdır. Xizək aksessuarlarının qiyməti isə yaş kateqoriyasına görə fərqlənir. Məsələn, 12 yaşadək uşaqlar üçün xizək çubuğunun kirayəsi 16 manat, ayaqqabı 12 manat, dəbilqə 8, gödəkcə 10, şalvar 10, qar lövhəsi (snouboard) 30, qar lövhəsi ayaqqabısı 15, geyim əşyalarınızın saxlanılması üçün dolaba isə 3 manat ödəməlisiniz. 6 yaşadək uşaqlar üçün isə sadə kirşə 20 manatdır. 12 yaşdan yuxarı şəxslər isə xizək çubuğu üçün 17-25, xizək ayaqqabısı üçün 13-15, dəbilqə 10, gödəkcə 12, qar lövhəsi 30,qar lövhəsi ayaqqabısı 15, dolab 3, taxta kirşə üçün 25 manat ödəməlidirlər. Yox, əgər siz özünüzü təcrübəli xizək sürən hesab edirsinizsə, bu zaman "əliniz cibinizdə" olmalıdır. Təcrübəli xizək sürənlər xizək çubuğuna 40, xizək ayaqqabısına 20, dəbilqəyə 10, gödəkcə və şalvar 12, qar lövhəsi 30, qar lövhəsi ayaqqabısı 15, dolab 3, dəmir kirşə üçün 30 manat ödəniş etməlidir. Amma istirahət və bayram günlərində qiymətlərdə bir qədər dəyişiklik olur.

© Sputnik / Leyla AbdullayevaKompleksdə müxtəlif fövqəladə hallar üzrə proqrama uyğun, treninqlərdən keçmiş peşəkar işçilər çalışır
Qışda qar görmək istəyənlər – Şahdağa üz tutanları yeni xidmətlər və qiymətlər gözləyir - Sputnik Azərbaycan
Kompleksdə müxtəlif fövqəladə hallar üzrə proqrama uyğun, treninqlərdən keçmiş peşəkar işçilər çalışır

Kompleksin marketinq direktoru Rauf Cahangirov Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, oxatma, offroud turları, qonaqların ən çox sevdiyi xizək və snoubord sürmə, aeroxizəkdə gəzinti, ziplayn, kvadrosikl turları, peyntbol, "at üstündə gəzinti", uşaqlar üçün kirşələr, buz meydançası bu ilki yeniliklərdəndir: "Eyni zamanda Azərbaycanın ən yüksək nöqtəsində - 2351 metr yüksəklikdə yerləşən restoranın açılışı planlaşdırılır. 700 avtomobillik böyük parkinq, helikopter meydançaları, yeni tibb məntəqələri, kinoteatr, boulinq mərkəzi kimi müxtəlif maraqlı məntəqələr kompleksi qonaqlarının ixtiyarına veriləcək. "Kompleks ərazisində istər otellərdə qalan qonaqlar, istərsə də gündəlik gələn qonaqlarımız üçün tərəfdaşımız BERG ilə birlikdə xüsusi tədbirlər hazırlamışıq. Hər həftə sonu musiqi proqramı, aktiv əyləncə tədbirləri hazırlamışıq. Bütün komandamız inanır ki, bu qış mövsümü qonaqlarımız üçün son dərəcə maraqlı olacaq".

Onun sözlərinə görə, "Şahdağ" turizm mərkəzində qış mövsümü ərzində turistlərə 17 dağ-xizək yolu xidmət göstərəcək. İki ən çətin sürüşmə zolağı olan qara zolaq, 3 çətinlik dərəcəsinə görə nisbətən asan olan qırmızı rəngli sürüşmə zolağı, 3 mavi və 5 yaşıl rəngli asan sürüşmə zolağı turistlərə təqdim olunacaq.

© Sputnik / Leyla Abdullayeva"Şahdağ" Turizm Mərkəzində kanat gəzintisi
Qışda qar görmək istəyənlər – Şahdağa üz tutanları yeni xidmətlər və qiymətlər gözləyir - Sputnik Azərbaycan
"Şahdağ" Turizm Mərkəzində kanat gəzintisi

Şahdağda qış turizm mövsümü yeni açılsa da, qarda istirahət etmək arzusunda olan xeyli sayda turizm kompleksə üz tutmuşdu. Qonaqlar arasında əsas maraq xizək sürməyə olsa da, aralarında başı qarlı dağları yüksəkdən seyr etmək arzusunda olanlar da az deyildi. Kanat gəzintisinin qiyməti isə həftəiçi böyüklər üçün 10, 6-11 yaşlı uşaqlar üçün 7 manat, həftəsonu isə böyüklər üçün 15, uşaqlar üçün 10 manat təşkil edir. Burada xizək sürüb, müxtəlif növ əyləncələrdən sonra təbii ki, iştahanız açılacaq... Kompleksdə yeməklərin qiymətləri isə menyuya görə fərqlidir. Turistlər yeməklərin qiymətindən narazılıq etməsələr də, çayın 1 stəkanın 2 manata olduğunu söylədilər. Amma xidmətlərin keyfiyyəti və sair yeniliklər turistlərin ürəyincə idi.

Xəbər lenti
0