CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəkat İslam ölkələrində yoxsulluq problemini həll edə bilərmi – ilahiyyatçı danışır

Abunə olmaq
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin əməkdaşı, ilahiyyatçı Mircəfər Əyyubov deyir ki, İslamın qoyduğu qaydalar müsəlman ölkələrində tətbiq olunsaydı, bir çox problemlər həllini tapardı
Mircəfər Əyyubov: “Müsəlman ölkələrində yetərincə zəngin insanlar var”

Müsəlmanlar öz aralarında zəkatı ödəsələr, İslam ölkələrində yoxulluq problemi olmaz. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı konfransda çıxış edərkən bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin əməkdaşı, ilahiyyatçı Mircəfər Əyyubov Sputnik Azərbaycan-a deyir ki, İslam ölkələrində yoxsulluğun müxtəlif səbəbləri var və onlardan biri də zəkatın doğru şəkildə verilməməsidir:

“İslamın qoyduğu qaydalar müsəlman ölkələrində tətbiq olunsaydı? bir çox problemlər həllini tapardı. Zəkatın verilməsi insanın vicdaı ilə bağlı məsələdir. Müsəlman ölkələrində yetərincə zəngin insanlar var. Əgər xüms və zəkat ödənilsəydi, müsəlman ölkələrində ac insan qalmazdı”.

İlahiyyatçının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0