Turistlər üçün yardım mərkəzi yaradılacaq

© Sputnik / Murad OrujovТуристы в Баку, фото из архива
Туристы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Yaradılmasını nəzərdə tutduğumuz dəstək mərkəzinin informasiya mərkəzlərindən fərqli olaraq əsas funksiyası turistlərin müraciətlərinin vahid mərkəzdən koordinasiya edilməsinə nail olmaqdır"

BAKI, 11 dekabr — Sputnik. "Dövlət Turizm Agentliyi Bakıda turistlər üçün yardım-dəstək mərkəzi yaradacaq. Həmin mərkəz 2020-ci ilin yay mövsümündə istifadəyə veriləcək". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

O bildirib ki, turistlər onları maraqlandıran məlumatları həm mərkəzdə, həm də istifadəyə veriləcək dörd rəqəmli "qaynar xətt" vasitəsilə əldə edə biləcəklər: "Mərkəzin yerləşəcəyi yer artıq müəyyənləşib və konsepsiyası hazırlanıb. Hazırda digər dövlət qurumlarının da prosesdə iştirakını nəzərə alaraq mərkəzin fəaliyyətinə dair tələb olunan zəruri proqram təminatının yaradılması istiqamətində işlər aparılır. Düşünürük ki, bu mərkəz gələn ilin turizm mövsümünə qədər fəaliyyətə başlayacaq".

F.Nağıyev deyib ki, mərkəzlərdə Agentliyin əməkdaşları turistləri maraqlandıran mövzular ilə bağlı onları məlumatlandırırlar: "Bəzən isə elə məsələlər olur ki, turistlərə agentliyin səlahiyyətinə aid olmayan məsələlər ilə bağlı köməklik göstərə bilmirik. Yaradılmasını nəzərdə tutduğumuz dəstək mərkəzinin informasiya mərkəzlərindən fərqli olaraq əsas funksiyası turistlərin müraciətlərinin vahid mərkəzdən koordinasiya edilməsinə nail olmaqdır".

Xəbər lenti
0