BAKI, 9 dekabr — Sputnik. "Kainat gözəli -2019" gözəllik müsabiqəsini Cənubi Afrika Respublikasının nümayəndəsi, 26 yaşlı Zozibini Tuntsi qazanıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında məlumat verilib.
Z. Tuntsi "Kainat gözəli" müsabiqəsində qalib gələn CAR-dan olan üçüncü qızdır. Z. Tuntsi aktiv şəkildə gender bərabərliyi, sterotiplər və zorakılığa qarşı çıxış edir.
Finalçıların təltifetmə mərasimi dekabrın 8-də Corciya ştatının Atlanta şəhərində keçirilib. Müsabiqədə bütün dünya ölkələrindən milli yarışmanın qalibi olan 90 qız mübarizə aparıb.
İkinci yeri Puerto-Rikodan 24 yaşlı Medison Anderson, üçüncü yeri isə Meksikanı təmsil edən 25 yaşlı Sofiya Araqon tutub.
"Rusiya-2019" gözəli Alina Sanko Amerikaya viza ala bilməyib və finala hazırlaşa bilmədiyi üçün "Kainat göəzli -2019" müsabiqəsində iştirak etməyib.
Noyabrın ortalarında ukraynalı Anastasiya Subbota ona viza verilməsindən imtina edildiyi üçün şikayət edib. Ancaq Zaporojyedən olan Subbota vaxtında viza ala bilib və əsas titul uğrunda mübarizə aparıb.
Xatırladaq ki, 2018-ci ildə "Kainat Gözəli" 24 yaşlı filippinli Katrion Qrey olmuşdu.